FHN-nin helikopteri yanğın zamanı “TİK- TOK ” üçün video çəkdi

0
526
Bildiyiniz kimi 2019 cu il dekabr ayının 10 da “ EuroHome “ tikinti bazarında baş verən yanğın ölkə gündəmini zəbt etmişdir. Bəziləri bazarın yanmasının təxribat olduğunu bəziləri isə Bakı – Sumqayıt yolunun geniçləndirilməsi ilə əlaqələndirsələrdə iddiaların heç biri təsdiqini tapmamışdır. Lakin Faktaz.com saytı bu gün maraqlı bir video çarx əldə edib. Video çarx “Tik – Tok “ sosial şəbəkəsində “orxanmamedov1985 “ niki ilə paylaşılmışdır. Sözügedən video çarxda FHN nin əməkdaşlarının “EuroHome” tikinti bazarındakı yanğının qarsını almaq üçün gələn helekopterdə olan yanğınsöndürənlərin , öz peşə fəaliyyətlərini yerinə yetirmək əvəzinə “ Tik- Tok “ sosial şəbəkəsində paylaşmaq üçün video çəkiliş etmələri ondan xəbər verir ki, FHN – i Kamaləddin Heydərov işini öhdəsindən layiqincə gələ bilmir. Bildirmək istəyirik ki, FHN –nin hər bir əməkdaşı yanğın vaxtı hər saniyənin insan həyatı üçün nə qədər əhəmiyyətli olduğunu dərk etməlidir. Faktaz.com un əldə etdiyi daha bir məlumatda bildirilir ki, bu yaxınlarda baş vermiş ard – arda iki yanğının ( EuroHome və 3 cü mk bazarı ) məhz Kamaləddin Heydərov dövrünün bitməsinə hesablansada görünməyən güclərin sayəsində Fövqəl Nazir bu məsələdən yaxasını qutara bilib. Lakin yuxarıda qeyd etdiyimiz video Çarxa baxanda belə qərar gəlmək olur ki, hər iki yanğının vaxtı əvvəlcədən bilinirdi və tapşırıqda bu idi ki, yüngül formada yola verin. Xatırladaq ki, yanğın zamanı yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.
İndi fikirləşin ki, bu qədər canlı qüvvənin hər birinin əlində bir mobil telofon və sosial şəbəkə üçün video çarx çəkməsi nə deməkdir.!

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin