FETÖ-nün daha bir şifrəli proqramı üzə çıxdı: “ByLock”dan 3 il əvvəl

0
60

Fətullahçı Terror Təşkilatı (FETÖ) “ByLock”dan 3 il əvvəl başqa bir gizli ünsiyyət proqramından istifadə edirmiş. Bu haqda Fətullahçı Terror Təşkilatının (FETÖ) sözdə 2-ci Ordu Komandanlığının imamı vəkil Rəşad Nəzmi Oral məhkəmədə ifadəsində məlumat verib. 

Təşkilatın şifrəli xəbərləşmə proqramı “ByLock”u 2014-cü ildə istifadə etməyə başlamazdan qabaq da başqa bir gizli proqram vasitəsilə əlaqə qurulduğunu deyən Oral bunları qeyd edib:

“2011, ya 2012-ci ildə Hacı Murad bir yığıncaqda gizli bir ünsiyyət proqramının olduğunu və bu proqramdan istifadə etməyə başladığını, bizim də bu proqramı öz xətlərimizə quraşdırmalı olduğumuzu söylədi. Ancaq mən buna qarşı çıxdım və belə bir proqramdan istifadə etmək istəmədiyimi dedim. Tabeliyimdə olanların da bu proqramdan istifadə etməmələrini tapşırdım”.

Xatırladaq ki, FETÖ üzvlərinin öz aralarında xəbərləşdikləri vaxt deşifrə olmamaq üçün şifrəli ünsiyyət proqramı “ByLock”dan 2014-cü ildə istifadə etdikləri 15 İyun 2016-cı il çevriliş cəhdindən sonra ortaya çıxmışdı.(bizimxeber)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin