FƏRHAD ƏHMƏDOV KİMLƏR BARƏSİNDƏ MƏXFİ MƏLUMATLAR TOPLAYİB? – İş adamı ilə bağlı ŞOK İDDİALAR

0
43
Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədovun işində yeni təfərrüatlar üzə çıxıb. Onun casusluq etməkdə şübhəli bilindiyi və Azərbaycana qarşı topladığı informasiyaları xaricə ötürdüyü iddia olunur.

RealMedia.az “AzPolitika.info”ya istinadla xəbər verir ki, bu barədə “Azfront” “Telegram” kanalı dövlət strukturlarındakı mənbələrinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, F.Əhmədov pulun hesabına Azərbaycan Silahlı Qüvvələrinin yüksək komandanlığıyla əlaqəsi olan şəxslərin, yaradıcı ziyalıların, tanınmış saytların rəhbərlərinin və bəzi jurnalistlərin də daxil olduğu şəbəkə yaradıb.Əhmədovun bu yolla məqsədyönlü şəkildə məxfi məlumatları topladığı qeyd olunur.

Şəbəkə üzvləri 44 günlük müharibənin gedişi ilə bağlı yüksək rütbəli zabitlərdən aldıqları informasiyaları Əhmədova ötürüblər. O isə öz növbəsində toplanılan səs yazılarını, audio və video faylları Rusiyaya verib.

Rusiyalı miyarderin yaxın keçmişdə Azərbaycanın ordu birləşmələrində yüksək vəzifələrdə çalışan bəzi şəxslərlə konfidensial danışıqların audio yazısını da apardığı bildirilir. Bu səs yazılarından biri 2022-ci ilin oktyabrında xaricdən maliyyələşən və müxalifət media resursu olan “Meydan TV” tərəfindən ictimiyyətə açıqlanıb.

Kanal bu gecə Əhmədovun məxfi məlumat topladığı şəxslərin siyahısını açıqlayacağını da bəyan edib.

Qeyd edək ki, F. Əhmədovun obyektlərində axtarışlar barədə ilk məlumatı da “Azfront” kanalı yayıb.

Bu arada Fərhad Əhmədovun Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb. “Demokrat.az”-ın əldə etdiyi məlumata görə, Rusiyaya casusluq etməkdə şübhəli bilindiyi üçün saxlanılan Fərhad Əhmədovun Bakı, Göyçay və İsmayıllı rayonlarındakı obyektlərində axtarışlar aparılıb. Saxlanılan Fərhad Əhmədovun istintaq idarəsində ifadəsi alınıb. İş adamı təqribən 10 saata yaxın istintaqda dindirilib. Daha sonra isə milyarderdən Azərbaycanı tərk etməmək barədə yazılı öhdəlik alınıb. Hazırda iş adamının barəsində istintaq davam edir.

Xatırladaq ki, Fərhad Əhmədovun Azərbaycandakı əsas sərvəti Göyçaydakı “Aznar” meyvə şirəsi zavodudur. İş adamı 2022-ci il üçün “Forbes”də rusiyalı milyarderlərin siyahısında 1,7 milyard dollar sərvəti ilə 49-cu yeri tutur.

Fərhad Əhmədov 2022-ci ilin aprelində Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalan rusiyalı zənginlərin siyahısında yer alır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin