Ermənistanda kredit təşkilatına silahlı basqın olub

0
745

Dünən saat 19:00 radələrində Ermənistanda naməlum şəxs tərəfindən kredit təşkilatlarından birinin ofisinə silahlı basqın edilib.

Cinayətkar hadisə yerindən qaçıb. Ermənistan polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Edqar Canoyan faktı təsdiqləyib.

Bildirilib ki, cinayətkar şəxs silahlı olub, Varks.am-ın bölməsinə daxil olaraq 250 min erməni dramı ələ keçirib və ərazidən uzaqlaşıb.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin