Ermənistanda koronavirusdan ölənlərin sayı artır – daha 5 xəstə süni tənəffüs aparatına qoşulub

0
423

İrəvanın “Nork” xəstəxanasında koronavirus diaqnozu qoyulmuş 78 yaşlı qadın ölüb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan faktı təsdiqləyib. Bildirib ki, pasient şəkərli diabet və hipertoniyadan da əziyyət çəkirmiş.

Bununla da Ermənistanda koronavirusdan ölən xəstələrin sayı 6-ya çatıb. İlk ölüm faktı 26 martda baş verib. Həmin gündən etibarən 72, 55, 73, 89 və 68 yaşlı vətəndaşlar COVİD-19 pandemiyasından ölüblər.

Səhiyyə naziri Arsen Torosyan deyib ki, daha 5 koronaviruslu pasient hazırda süni tənəffüs aparatına qoşulub. Onların vəziyyəti son dərəcə ağırdır. Son məlumata görə, Ermənistanda 663 koronaviruslu xəstə karantindədir. Ölkədə fövqəladə vəziyyət elan olunub, ictimai nəqliyyatın, o cümlədən metronun fəaliyyəti dayandırılıb. Qeyd edək ki, bəzi erməni saytları ölü sayının 7 olduğunu bildirir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin