“Ermənistanda əsgər qıtlığı o həddə çatıb ki, xəstələr də orduya cəlb edilir”

0
673
“Ermənistan ordusu hər mənada ciddi problemlərlə üzə-üzədir və bu problemlər günü-gündən böyüyür”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, Ermənistan ordusunda yaşanan əsas problemlərdən biri insan resursunun çatışmazlığı ilə bağlıdır. Hansı ki, bu çatışmazlıq xəstə çağırışçıların ordu sırasına cəlb edilməsinə səbəb olur:
“Ermənista ordusunda əsgər qıtlığı o həddə çatıb ki, hətta xəstə gəncləri də orduya cəlb edirlər. Halbuki, onlar orduya yaramırlar. Lakin bu gün Ermənistanda gənclər kütləvi şəkildə başqa ölkələrə üz tutduqlarına, orduda xidmətdən imtina etdiklərinə görə, bu cür üsullara əl atmağa məcbur olurlar. Bu isə öz növbəsində yeni problemlər doğurur”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin