Ermənistan-Azərbaycan münaqişəsinin indiki formatda həllinin tərəfdarı olmayan Qərbdir – MÜSAHİBƏ

0
391

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Sabah”a müsahibəsi:

image-1640879126_qarabagda-yarimciq-qalan-isimiz-novbeti-ilde-rusiya-azerbaycan-toqqusmasi-olabackend

image-ads_320x100

image-ramil

– Müharibədən sonra Ermənistan ordusu atəşkəsi sadəcə Kəlbəcər-Laçın  sərhəd istiqamətində pozurdusa, hazırda sülhməramlıların olduğu ərazilərdən də ordumuza qarşı təxribat yönümlü adddımlar atılır. Bu, nə ilə bağlıdır? 

– Bildiyiniz kimi, Ermənistan Müdafiə Nazirliyinin Qarabağda yerləşən I Əlahiddə Ordu Korpusunun çıxarılması ilə bağlı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bir açıqlaması oldu. O açıqlamaya qədər isə Azərbaycan tərəfindən rəsmi diplomatik korpuslar, hökumətin bir sıra qurumları bəyanatlar vermişdilər. Sonda isə Prezident səviyyəsində də bu məsələyə münasibət bildirildi. Bundan sonra Ermənistan tərəfi bəyan etdi ki, biz öz ordumuzu oradan çıxarmaq istəyirik. Bütün bu olan gərginliklər də məhz budann sonra başladı. Çünki 5 gün bundan əvvələ qədər qoşunların təmas xəttində, yaxud da ermənilərin kompakt yaşadığı ərazilərlə bizim ərazilər arasında olan təmas xəttində hər hansı bir gərginlik yox idi. Kiçik silah səsləri eşidilirdisə də, dünən olan hadisə əvvəllər baş verməmişdi.

Ona görə də, hesab edirəm ki, Ermənistan öz ordusunu oradan çıxarmaq istəmir və vəziyyəti gərginləşdirməklə, eləcə də bu kimi təxribatlara əl atmaqla ordunun orada saxlanılmasına nail olmağa çalışır. Yəni həm beynəlxalq ictimaiyyət, həm də öz əhalisi qarşısında Ermənistan hakimiyyəti ordusunun Qarabağda qalmasının vacibliyini sübut etməyə çalışır. Təbii ki, bu, öz cəmiyyətinə və beynəlxalq qurumlara hesablanmış bir addımdır.

Təsəvvür edin ki, belə bir gərginlik başlasa, artıq Ermənistan ordusu oradan çıxmayacaq. Yəni bu, artıq müzakirə olunmayacaq bir məsələyə çevriləcək. Onsuz da orada Ermənistan ordusundan başqa separatçı rəhbərlərə – Arayik Arutyunyan, Vitali Balasanyan və digərlərinə bağlı olan hərbi birləşmələr var. Qısacası. eskalasiya vəziyyətinin gərginləşməsi məhz ilkin olaraq buna hesablanıb.

– Yaxşı, bəs mümkündürmü ki, erməni tərəfi bu səpkili təxribatlara rəvac verərək sülh sazişinin imzalanmasını uzatsın? 

– O ki qaldı sülh müqaviləsinə, ümumiyyətlə, 2020-ci il 10 noyabr bəyanatı sülh bəyanatı deyildi. Əksinə, bu, hərbi əməliyyatların dayandırılması və Ermənistanın təslimçilik bəyanatı idi. Sonrakı mərhələdə niyə bunu sülh müqaviləsi adlandırmağa başladılar, mən bunu anlamıram. Amma onu deyim ki, istər sülh müqaviləsi, istərsə də təslimçilik aktı adlandırılsın, o sənədin imzalanması ilə bağlı məsələnin yaxın tezlikdə baş verməyəcəyini mən hələ müharibənin bitməsindən qısa bir müddət sonra öz açıqlamamda bildirmişdim, bu günləri də bunu deyirəm: Bu müqavilənin imzalanması üçün onun fəlsəfi formatı müəyyənləşməlidir. Yəni Ermənistan təslimçilik sənədinə imza atacaq, yoxsa sülh müqaviləsinə? Eləcə də digər tərəfdən, Qarabağdakı əlisilahlı erməni hərbi birləşmələri mövcud olacaq, yoxsa yox. Olacaqsa, bu sənədin heç bir əhəmiyyəti qalmayacaq, çünki hər an Ermənistan özünü izolyasiya edib orada istənilən addımı ata biləcəklər.

– Son olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyanın məzuniyyətdə olmasından istifadə edən Rusiyayönümlü yüksək çinli zabitlərin və generalitetin bu təxribatlarda əli ola bilərmi?

– Yeri gəlmişkən, nədənsə bütün baş verənlərdə həm Azərbaycan ictimaiyyətində, həm də mətbuatda Rusiya ititham olunur. Məhz 2020-ci il noyabrın 10-dan sonra Rusiyanın bu məsələnin gərginləşməsində heç bir rolu olmayıb. Ermənistanda ABŞ, Fransa və Almaniyanın çox ciddi agentura şəbəkəsi həm dövlət qurumlarında, həm orduda, həm də digər strukturlarda mövcuddur. Çünki Qərb münaqişənin bu formatda həllində maraqlı deyil. Biz bunu 2020-ci il Vətən Müharibəsində də gördük. Belə ki, İkinci Qarabağ müharibəsi bu formata gəlməyin birinci mərhələsi idi. Biz onda da gördük, bu günləri də görürük. Onlar ATƏT-in Minsk qrupu formatında münaqişənin həllinin tərəfdarıdırlar. O baxımdan, Qərb Rusiyanın vasitəçilik fəaliyyətinin və üçtərəfli (Ermənistan-Azərbaycan-Rusiya) sülhyaratma cəhdlərinin Rusiyanın iştirakı ilə sıradan çıxarılması, effektivsizliyini sübut etmək üçün bölgədə ciddi qarşıdurmaların yaradılmasının tərəfdarıdır. Ukraynada müharibəsindən diqqəti yayındırmaq, enerjini parçalamaq və bununla da Cənubi Qafqazda yenidən üstünlüyü ələ götürmək üçün Qərb bütün lazım olan işləri görür. Yəni bu günləri Ermənistan-Azərbaycan münaqişəsinin indiki formatda həllinin tərəfdarı olmayan Qərbdir.

Rafi MÜSLÜMOV

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin