ERMƏNİLƏRİN YENİ OYUNU?! – Paşinyan Qarabağdan çıxmayan erməni əsgərlərdən Putinə şikayətləndi

0
334

Dağlıq Qarabağda razılığa gələn və məğlubiyyəti qəbul edən Ermənistanın Baş naziri Nikol Paşinyan bölgədən çıxmaqdan imtina edən hərbçilərlə bağlı RF Prezidenti Vladimir Putinə şikayət edib.

Bu barədə “Son Dakika” xəbər yayıb.

Məlumata görə, o, RF dövlət başçısına zəng vuraraq, “Məni dinləmirlər, itaət etmirlər”, – deyərək kömək istəyib.

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən, işğal altında olan rayonlarda mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qrupları, əsasən, Kəlbəcər, Laçın və Ağdam bölgəsində meşədə gizlənirlər. Onlar Rusiya sülhməramlılarının işini çətinləşdirir, hətta onlara atəş açır və regionda gərginliyi artırırlar.

Nəşrin məlumatına görə, özlərinə “Smertnik” (“İntiharçı”) adını qoyan qruplar erməni rahiblərlə birlikdə Kəlbəcərdə kilsədə gizlənərək, müqavimət göstərirlər.

Bunun erməniləin vaxtı uztmaq üçün yeni oyunu olması da istisna deyil!

Ona görə də rəsmi Bakının bundan sonra vaxt məsələsində hər hansıl güzəştə getməməsi daha doğru olar!

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin