Ermənilərin ən çox dinlədiyi 3 azərbaycanlı – Videolar

0
47

“Apple Music” musiqi platformasında Ermənistan üzrə ən çox dinlənilən və yüklənilən mahnıların siyahısı təqdim olunub. 

Musavat.com xəbər verir ki, siyahının ilk üçlükdə azərbaycanlılar yer alıb. Bu haqda müğənni-bəstəkar Murad Arif paylaşım edib. O, bildirib ki, Ermənistanda ən çox yüklənən mahnıların sırasında həmyerlilərimiz də var.

Belə ki, ermənilər Rusiyada məşhurlaşan Nəvai (Nəvai Bəkirov), Bahh Tee (Bəxtiyar Əliyev), Coninin (Cavid Hüseynli) fanatıdır. Onların yüklədiyi “Top 100” mahnı siyahısında birinci yerdə Nəvai ilə Bah Teenin “Не приму и даром” dueti dayanır.

Siyahıda üçüncü isə Coninin “Комета” mahnısıdır.

Könül

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin