Erməniləri dəstəkləyən, “rus agenti” olan ABŞ prezidentliyinə namizəd əslində kimdir?

0
106

ABŞ mətbuatında Tulsi Qabbard ilə bağlı sərt tənqid dərc olundu

Cari ilin 30 oktyabr tarixində Daily Wire mətbu orqanında Paul Millerin müəllifliyi ilə “Miller: Niyə Hilari Klinton Tulsi Qabbard ilə bağlı haqlı ola bilər” (MILLER: Why Hillary Clinton Might Be Right About Tulsi Gabbard) adlı məqalə dərc edilib.  Məqalədə bu yaxınlarda prezidentliyə namizədliyini irəli sürmüş Nümayəndələr Palatasının üzvü Tulsi Qabbardın Hilari Klinton tərəfindən ciddi tənqidə məruz qaldığı və rus agenti adlandırıldığı qeyd olunur. ABŞ mediası yazır ki, Qabbard Konqresin ən qalmaqallı üzvlərindən biridir və erməni separatçılarını dəstəkləyir.

Məqalədə həmçinin bildirilir ki, Qabbard 2017-ci ildə Rusiya tərəfindən dəstəklənən Suriya diktatoru və müharibə cinayətkarı Bəşər Əsədlə görüşməyindən peşman deyil. Bununla yanaşı Qabbard eyni ilin sentyabr ayında ABŞ Dövlət Departamentinin açıq şəkildə “tanımadığı” və BMT tərəfindən bir sıra qətnamələrlə Azərbaycan ərazisi kimi tanınan Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağı ziyarət edərək, ABŞ siyasətini pozub. Qabbard o zaman “Dağlıq Qarabağ xalqının” “[amerikan-erməni] azadlıq, demokratiya və öz müqəddəratını təyin etmə dəyərlərini” nümayiş etdirdiklərini qeyd edərkən, məsələnin əsl mahiyyətinin Dağlıq Qarabağın suverenliyinin heç də Ermənistanla sülh danışıqları çərçivəsində Azərbaycan üçün başlanğıc olmadığını demişdi. Bu xüsusda, B.Əsəd ilə görüşün qondarma rejimin “prezidenti” Bako Saakyan ilə görüşündən fərqlənmədiyini vurğulanmışdı.

P.Miller yenidən H.Klintonun dediklərinə istinad edib. O, bildirib ki, “rus fəal” Ermənistanın maraqlarına xidmət edir; həmçinin “Məxməri inqilab” adlandırılan hadisənin lideri Nikol Paşinyan isə Ermənistanın post-sovet ölkələri içərisində ən az müstəqil ölkə olma statusunu əbədiləşdirməkdən başqa bir şey etməyib;

“İskəndər” ballistik raket sistemini əldə etməklə İrəvanın Moskvadan asılılığını daha da artırıb.

Daha sonra Ermənistanın bu il iki dəfə müdafiə sahəsi üzrə iki böyük qrupunu “humanitar” dəstək adı altında Suriyaya yerləşdirdiyini və bunun “Suriya hərbi qüvvələri ilə əlaqəli” olaraq qınandığı bildirilir. Eyni zamanda müəllif Ermənistanın Vaşinqtonun çağırışına zidd olaraq Tehrana Avropa ilə iqtisadi əlaqələr qurmaqda kömək etdiyini diqqətə çatdırır. H. Klinton Qabbard ilə bağlı açıqlamalarında Ermənistanın adını birbaşa çəkməsə də “Rusiya aktivi” ifadəsi işlədilməklə bu ifadənin İrəvan ilə Moskva arasında bağlantını yaratdığını qeyd olunur.

Məqalənin orijinalı bu linkdə: https://www.dailywire.com/news/miller-why-hillary-clinton-might-be-right-about-tulsi-gabbard

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin