Ermənilər bloggerləri Qarabağa araq içməyə yığırlar

0
654
Qarabağ danışıqlarının növbəti raundu ərəfəsində Ermənistan daha bir təxribata hazırlaşır. Bununla bağlı Nyu-Yorkdakı ikitərəfli danışıqlara hazırlaşan Ermənistan XİN başçısı Eduard Nalbəndyan çıxış edib.
Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, erməni nazir 10 ölkəni təmsil edən bloggerlərin Dağlıq Qarabağa gələcəyini deyib. Ermənistan parlamentindəki çıxışı zamanı Nalbəndyan bloggerlərin Dağlıq Qarabağdakı 15 sentyabrda keçiriləcək “14-cü araq festivalında” iştirak etməyə gələcəyini deyib. İddia edib ki, bəzi bloggerlər Qarabağın turizm potensialı barədə materiallar da hazırlayacaq. Azərbaycanın “qara siyahısı”na baxmayaraq, E.Nalbəndyan deputatların, siyasət və incəsənət adamlarının Qarabağa qanunsuz səfərlərinin davam edəcəyini də bildirib. Qeyd edək ki, bloggerlərin Dağlıq Qarabağdakı bundan əvvəlki toplantısı bu ilin martında olmuşdu. O zaman Lapşinin həbsinə “cavab” olaraq onlar Qarabağa qanunsuz səfər etmişdilər.
Dağlıq Qarabağın “müstəqilliyinin” tanınmasına nail ola bilməyən erməni hakimiyyəti belə mənasız səfərlərlə diqqəti cəlb etməyə və xalqı aldatmağa çalışır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin