“Ermənicə-azərbaycanca lüğət” dərc edildi – İlk dəfə

0
114

Azərbaycanda ilk dəfə “Ermənicə-azərbaycanca lüğət” çap edilib.

Kult.az xəbər verir ki, Strateji Kommunikasiya Mərkəzinin sifarişi əsasında hazırlanmış “Ermənicə-azərbaycanca lüğət”in tərtibçilərindən biri Bakı Dövlət Universiteti Tarix fakültəsinin Erməni araşdırmaları elmi-tədqiqat və tədris Mərkəzinin böyük elmi isçisi İsmayıl Aslan oğlu Tanrıverdidir.

Kitab PA-nın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini, hüquq üzrə fəlsəfə doktoru Səadət Yusifovanın redaktəsi altında hazırlanıb, məsləhətçisi isə Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə nəşr olunmuş “Ermənicə-azərbaycanca lüğət” 975 səhifədən ibarətdir və təxminən 75000 söz birləşmələrini əhatə edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin