Erməni tarixçi :”94-cü ildə şansı əldən verdik, indi biz güzəştə getməliyik”

0
1286

“Qarabağ problemini 1994-cü ildə həll edə bilərdik. Onda Bakı zəifləmişdi, gücü yox idi, hərcmərclik idi.”

Realmedia.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu junalistlərlə görüşündə tarix elmləri doktoru Aram Karapetyan deyib. O bildirib ki, məhz həmin zaman Azərbaycanla müharibəni sona kimi aparmaq lazım idi:

” Həmin vaxt müharibə davam etsə tam qələbə qazanacaqdıq. Azərbaycan bütün şərtlərimizi qəbul edəcəkdi. İndi isə yox. Azərbaycan iqtisadiyyatı güclənib, həmçinin ordusu. Biz isə zəifləmişik.”

Yaranmış vəziyyətdən çıxış yoluna gəldikdə isə tarixçi ” Yaqin ki, hansısa güzəştlərə getməyə məcbur olacayıq. Əsas odur ki, Qarabağın müstəqilliyin qoruyaq.” deyib.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin