Erməni səfir işğalçı ölkənin prezidenti ola bilər-Sərkisyan sabah namizədini açıqlayacaq

0
722

Serj Sərkisyan sabah, yanvarın 19-da rəhbərlik etdiyi Respublikaçılar Partiyasının prezidentliyə namizədinin adını açıqlayacaq.

Bu barədə erməni mediasına partiyanın mətbuat katibi, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib. Onun sözlərinə görə, Respublikaçılar Partiyası prezidentliyə namizədlə bağlı müzakirələr aparıb. “Parlament martın əvvəlində 4-cü prezidentini seçəcək”-deyən E.Şarmazanov əlavə edib ki, onlar bir namizədlə bağlı müzakirə aparıblar. Vitse-spiker deyib ki, həmin namizəd Ermənistanı dünyada təmsil edəcək ən yaxşı namizəddir.

“Namizədi Serj Sərkisyan təqdim etdi, bütün üzvlər müzakirə apardılar, onun namizədliyinə səs verdilər“-deyə, Şarmazanov əlavə edib. Ancaq vitse-spiker prezidentliyə namizədin adını açıqlamayıb.

“Sabah Serj Sərkisyan Respublikaçılar Partiyasının 4-cü prezidentliyə namizədini təqdim edəcək. Sabah onun adını biləcəksiniz, daha bir gecə gözləyib”-partiya funksioneri deyib. Bununla belə, əlavə edib ki, sensasiya olmayacaq. Şarmazanovun sözlərinə görə, namizəd o adam olacaq ki, həmin şəxsin haqqında çox danışılıb. Həmçinin o şəxsin Ermənistana xidmətlə bağlı ciddi xidmətləri var.

Erməni mediası hakim partiyanın namizədi ola biləcək şəxslə bağlı ehtimalını da yazıb. Bildirilir ki, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sərkisyanın namizədliyi irəli sürülə bilər.

Cavid TURAN

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin