Erməni nazirdən ŞOK ETİRAF: “2425 əsgərimiz ölüb, 250-si isə…”

0
256

“Sentyabrın 27-dən bu günə kimi Qarabağ müharibəsində 2425 erməni əsgərinin öldüyü təsdiqlənib”.

RealMedia.az yerli KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, açıqladığı rəqəmlər məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlara əsaslanır.

“Dünən axşam bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib” – nazir deyib.

Real faktlar təsdiqləyir ki, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çox olub. Ən azı ona görə ki, bir neçə gün əvvəl Qarabağ separatçılarının lideri Araik Arutyunyan döyüşlər vaxtı hər gün minimum 100 itki verdiklərini etiraf etmişdi.

Bundan başqa düşmən ordusuna terrorçular və muzdlular da cəlb edilib. Onların ölüm statistikası isə aparılmayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin