Elnur Aslanov revanşa hazırlanır – Qisasçılıq, yoxsa nə?

0
283

Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov yenidən diqqət mərkəzindədir. Son vaxtlar E.Aslanovun Azərbaycanda fəallaşması Türkiyə mediasında ciddi manşetlərə yol açıb. FETÖ-nun Azərbaycanda yenidən fəallaşdığı və Elnur Aslanovun nazir olmaq istəyi barədə Türkiyə mediasında iddialar ortaya atılıb.
RealMedia.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Samir Feyruzov araşdırmasını bu cümlələrlə başlayır. Daha sonra araşdırmaçı yazır:
Eyni zamanda, Türkiyənin ən məşhur “Twitter” fenomenlərindən olan “Üst Akıl Oyunları” hesabı PA-nın sabiq şöbə müdiri E.Aslanov barəsində “FETÖ-nün Azərbaycan sorumlusu Aslanov Azərbaycanda rövanşa hazırlanıyor” başlıqlı yazı ilə çıxış edib ( revanş – məğlubiyyətə görə alınan qisas, əvəzçıxma).
Bildirilir ki, Elnur Aslanov parlament seçkilərində Milli Məclisə bir neçə adamını keçirə bilib və o, bu uğurundan sonra indi özünü nazir görmək istəyir.

Həmin yazını olduğu kimi təqdim edirəm:

“FETO yenidən Azərbaycanda görünməyə başladı. 2014-cü ildən sonra hücrəyə geri çəkilən FETÖ üzvləri bir dirilmə nümayiş etdirirlər. Parlament seçkilərində böyük uğur qazanan Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun rəhbərlik etdiyi heyət böyük canlanma yolundadır. Komandasının adlarını hökumətin yenilikçi qanadının kvotasından Azərbaycan Parlamentinə daxil etməyi bacaran Aslanov indi nazir olmaq istəyir. Onun FETO məktəbini bitirən sağ qolu, keçmiş millət vəkili Ceyhun Osmanlını “Yaşıllar hərəkatı”nın lideri olaraq siyasətə gətirən Aslanov, yenidən dövlət vəzifəsinə qayıtmaq niyyətindədir. Azərbaycan iqtidarında olan bəzi səlahiyyətli şəxslər Türkiyə-Azərbaycan münasibətlərinin həssaslığı məsələsində təəssüf ki, kifayət qədər həssas deyillər və C.Osmanlının sürətli şəkildə yolunu açırlar. Onlar tez-tez görüşərək qisas planları hazırlayırlar. 2014-cü ildə Pensilvaniyaya göndərilən məktubu Azərbaycan dövlət tərəfindən ifşa edilən və vəzifədən çıxarılan Aslanovun məktubu belə idi:
Hazırda dövlətin ən yüksək qurumu olan Prezident Administrasiyasında çox önəmli bir vəzifəni icra edirəm. Bilmənizi və əmin olmağınızı istəyirəm ki, Allahın bu aciz qulunun xidmət hərəkatımıza fəda edilmişdir. Xidmət hərəkatımıza könül vermiş dostlarımızın dövlət qurumlarında, dövlətə aid müəssisələrdə vəzifəyə təyin olunması üçün hər cür dəstək verirəm. Bundan sonra da bu işdə qardaşlarımıza yardımçı olacam. Türkiyədəki uğurlarımız Azərbaycandakı xidmət hərəkatın könül vermiş azəri qardaşlarımızı xeyli qürurlandırmışdır. Hazırda daha bir eşqlə, şövqlə çalışmaqdadırlar. İnanıram ki, sizin sayənizdə Azərbaycanda xidmət fəaliyyətlərimizin əhatə dairəsini genişləndirməyə və daha çox irəliyə götürməyə nail olacağıq.
Bu sətirləri yazan Aslanov vəzifədən çıxarıldıqdan sonra Rabitə və İnformasiya Nazirliyində başqa bir vəzifəyə təyin edilir. Daha sonra bu vəzifədən də ayrılaraq, FETO-nun ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Ukraynadakı biznesini yönəldir. Əli Həsənovun vəzifədən çıxarılmasından dərhal sonra Yeni Azərbaycan Partiyasının toplantılarına qatılan Aslanov Azərbaycan parlamentinə istədiyi şəxslərin daxil olmasını bacarır. İndi isə, nazir olmaq iddiasındadır və yenidən keçmişdəki kimi gəncləri yönəltmək istəyir. Gənclər siyasətinə hakim olmaqla bərabər, iqtisadi sahələrədə əl atmaq istəyən Aslanov siyasi güc olaraq önə çıxmaqdadır”.

P.S. E.Aslanov barədə bu məlumatarı yayan sosial şəbəkə hesabları, xüsusilə də, məşhur “Üst Akıl Oyunları” hesabı “Türkiyənin Wikileaks”i kimi qiymətləndirilir. Əldə olunan digər bir məlumata görə, C.Osmanlının lideri olduğu “Yaşıllar hərəkatı” yaxın aylarda siyasi partiya kimi qeydiyyatdan keçəcək. Partiyanın rəhbər heyətinin əsasən türk məktəb məzunlarından təşkil ediləcəyi bildirilir. Diqqətçəkən məqam odur ki, Azərbaycanda E.Aslanovun fəallaşması ilə bağlı Türkiyə mediası xüsusi həssaslıq nümayiş etdirir, amma yerli media susur.
Samir Feyruzov
Araşdırma ilə bağlı maraqlı tərəflərin fikirlrini dərc edə bilərik!
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin