Ekspert: Azərbaycan, Türkiyə və Pakistan regionda sabitliyi təmin edir

0
735

Azərbaycan, Türkiyə və Pakistan regionda sabitliyin təmin olunması üçün vacib addımlar atır.

Bunu Türkiyənin Strateji araşdırmalar diplomatik mərkəzinin rəhbəri və Paris Universitetinin mədəni diplomatiya kafedrasının müdiri Naciye Selin Şenocak deyib.

Onun sözlərinə görə, bu ölkələrin XİN rəhbərlərinin Bakıda keçirilmiş görüşü müdafiə və hərbi sənayenin və hərbi əməkdaşlığın inkişafı üçün vacibdir.

N.Şenocak deyib ki, Azərbaycan, Türkiyə və Pakistanın tərəfdaşlığı vacib addımdır və birgə müdafiə strategiyasının hazırlanmasına xidmət edəcək: “Pakistan İndoneziyadan sonra dünyanın ikinci ən böyük müsəlman ölkəsidir və nüvə silahına sahib yeganə ölkədir”.

Ekspert həmçinin qeyd edib ki, Türkiyə və Pakistan Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyib və gələcəkdə bu dəstək daha da artacaq: “Dağlıq Qarabağ məsələsində Türkiyə və Pakistan həmişə Azərbaycana diplomatik dəstək göstərib və bu problemin həlli ilə bağlı birgə səylər bu əməkdaşlığın strateji vacibliyini daha da artıracaq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin