Eks-prezident Ayaz Mütəllibovdan kadr islahatlarına reaksiya – “Daha vacib mərhələ başlayacaq”

0
215

“Düşünürəm ki, prezidentin bir sıra əsas dövlət qurumlarını birləşdirməsi qərarı, istefa və hökumətdə yeni kadr təyinatları əlamətdar hadisədir, mühüm əhəmiyyət daşıyır. Bu, bütövlüklə dövlət idarəetmə sisteminin yenilənməsinin başlanğıcını göstərir. Azərbaycanda artıq yeni bir dövr başlanıb”.

Bu sözləri eks-prezident Ayaz Mütəllibov haqqın.az-a dövlət başçısı İlham Əliyevin son sərəncamlarına münasibət bildirərkən deyib.

“Aydındır ki, bundan sonra dövlət sistemində əsaslı dəyişikliklərin daha vacib mərhələsi başlayacaq, bunlar ölkəmizin imicinin yüksəldilməsi üçün çox vacib addımlardır”, – o, əminliklə vurğulayıb.

“Müasir dövrdə dövlətin və demokratiyanın göstəricilərindən biri də müasir dünyagörüşə malik və fəal olan gənclərin, yüksək ixtisaslı kadrların hökumətdə və bütövlükdə idarəetmə sistemində yer tutmalarıdır”, – deyə keçmiş prezident əlavə edib.

Bu mərhələdə A. Mütəllibov hesab edir ki, necə deyərlər, “dövlət başçısı arxaya baxmadan, daxili siyasi sabitlik kontekstində islahatları həyata keçirməlidir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin