Düşmən ağ bayraq qaldırır:Paşinyan çarəni Azərbaycanla razılaşmaqda görür – ilginc faktlar

0
102

Ötənlərdə özü haqda “vahim” imic formalaşdırmış işğalçı Ermənistanın cəmi 20 günlük canı varmış! Artıq həm Ermənistan ordusu ağ bayraq qaldırır, həm də Paşinyan Azərbaycanın şərtlərini qəbul edib, təslim olmaq üçün yollar axtarır! RealMedia.az xəbər verir ki, Musavat.com-a bununla bağlı hərbi-siyasi mənbələrdən ilginc məlumatlar daxil olub. Xəbərdə bildirilir ki, Paşinyan artıq Azərbaycan qarşısında təslim olub, torpaqları könüllü şəkildə azad etməyə razılaşmaq üçün yollar axtarır. Buna onu Azərbaycan Ordusunun, Ali Baş Komandanın yaratdığı yeni şərait məcbur edir! Faktiki olaraq Paşinyan “biz artıq Qarabağdan çıxmağa, sülhə məcburuq” qənaətinə gəlib!

Bu iddianı irəli sürən mənbə deyir ki, Paşinyanı artıq bu qənaətə gəlməyə Azərbaycan Ordusu məcbur edib.

Belə ki, sentyabrın 27-dən cəbhədə növbəti dəfə təxribatlar törədən və hücuma cəhd göstərən işğalçı ordu yerində oturduldu və Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etmək üçün əks-hücuma keçdi. Ermənistanı sülhə məcbur etmə prosesi başladı və artıq Azərbaycan düşməni tam yenib. Əməliyyatların ilk günlərindən Murov yüksəkliyində, Füzulinin, Ağdərənin bir sıra kəndlərində, ötən həftədən Suqovuşanda, bu həftənin əvvəlindən Cəbrayılın mərkəzində, Hadrutda Azərbaycan bayrağı dalğalanır. Nəhayət, oktyabrın 17-də Füzuli şəhəri də Azərbaycan Ordusu tərəfindən azad edildi.

Bu məğlubiyyətədək düşmən Azərbaycanın iradəsinə, döyüş ruhuna təsir etmək üçün hərbi cinayətlərə də əl atdı, Gəncədə, Tərtərdə, Naftalanda terrorlar törətməyə başladı. Füzuli məğlubiyyətinin astanasında olarkən Ermənistan daha bir şərəfsizliyə əl ataraq, Gəncədə növbəti terror törətdi, 14 nəfər mülki insan həlak oldu, 50-dən çox insan yaralandı.
Ancaq bu hərbi cinayətlərlə də Azərbaycanın döyüş ruhuna qətiyyən təsir edə bilmədilər! Oktyabrın 17-də Füzuli azad edildi, həmin gün paralel olaraq düşmənin başına od ələndi, Gəncənin qisası düşmən ordusundan alındı. İlkin məlumatlara görə, Gəncə terrorundan indiyədək azı 600 erməni hərbçisi öldürülüb, onlarla döyüş texnikası məhv edilib, bir təyyarə vurulub. Müdafiə Nazirliyini yaydığı əməliyyat videolarından da görünür ki, düşmənin canlı qüvvəsi, texnikası necə göyə uçurulur!

Hərbi mənbələrdən gələn xəbərlərdən, ortadakı faktlardan aydın olur ki, düşmənin müqavimət qabiliyyəti tam tükənib. Ermənistan ordusu iflic vəziyyətinə düşüb, şəxsi heyət arasında ruh düşkünlüyü pik həddə çatıb. Bunu isbatlayan bir neçə video elə ötən gün yayılıb. Videolardan birində görünür və eşidilir ki, erməni hərbçilər döyüşə girmək istəmir, qorxduqlarını bildirirlər, onların birbaşa ölümə göndərilməsinə etiraz edirlər. Komandirləri onlara təkid edəndə isə ona hücum edib döyürlər.
Sosial şəbəkələlərdə isə ermənilər yazır ki, yüzlərlə hərbçi silahı ataraq qaçıb, hərbi birləşmələr mərkəzi komandanlığa tabe olmur. Erməni analar isə övladlarının döyüşlərdə kütləvi şəkildə qırıldığını bildirərək, hərbi komissarlıqların qarşısında etiraz aksiyaları keçirirlər. Son 3 gündə bir neçə ərazidə “övladlarımızı aparıb qırmayın, biz yarıtmaz, məğlub orduya əsgər vermirik” şüarları ilə aksiyalar keçiriblər. Paşinyan ölkədə tam diktatura qurduğundan bu videolar sosial şəbəkələrdə yayımlanan kimi, onları bloklayırlar, silirlər. Ancaq bu cür kadrlar sosial şəbəkələrdə kifayət qədərdir.

Cəbhədə ardıcıl məğlubiyyətdən sarsılan erməniləri bir tərəfdən də aclıq, səfalət heydən salıb. İrəvana Qarabağda qanunsuz məskunlaşdırılmış ermənilərin köçü başlayandan sonra gecələməyə yer tapmayan yüzlərlə insan hətta küçələrdə yatır.
Bir yandan isə koronavirus Ermənistanı bürüyüb, hər gün 1000-dən artıq insan yoluxur və onlarfla heç maraqlanan yoxdur, gündə 50-60 adam koronavirusdan ölür.

Cəbhədəki məğlubiyyət, iqtisadiyyatın çökməsi, əhalinin ciddi sosial problemlərlə üzləşməsi təbii olaraq Ermənistanda siyasi böhranı daha da dərinləşdirib. Ölkə daxilində Paşinyanın həyata keçirdiyi siyasətə etirazlar artır, “Qarabağ klanı” və digər rəqib qüvvələr revanşdadır, dövlət çevrilişi edib, iqtidarı əla almaq üçün hərəkətə keçirlər.
Bu istiqamətdə artıq konkret addımlar atılır: Oktyabrın 17-də Füzuli məğlubiyyətindın sonra Ermənistanda 13 siyasi partiya birgə bəyanat imzalayaraq, mövcud məğlub durumun yaranmasına görə Paşinyanı və onun hökumətini günahkar bilirlər. Onlar Paşinyanın yanlış siyasətinin ölkəni uçuruma apardığını qeyd ediblər.

Bundan iki gün əvvəl isə Ermənistanın Respublika Partiyası da ayrıca olaraq Paşinyanı ittiham edən açıqlama yaymışdı.
Eyni vaxtda Paşinyana məlumat çatdırılıb ki, Ermənistan ordusunun mühüm bir hissəsi bütün cəbhə boyu ağ bayraq qaldıraraq təslim olmaq ərəfəsindədir. Çünki onlar artıq silah-sursatsız, ac-susuz qalıb, hər an isə başlarına mərmi yağır, qırılırlar.
İrəvanda isə Paşinyana qarşı üsyan başlaması an məsələsidir.
Həm hərbi, həm iqtisadi, həm də hərbi durumu təhlil edən, xaricdən də heç bir ciddi dəstək ala bilməyən Paşinyan onun reallıqla barışmaqdan başqa çıxış yolu olmadığını dərk edib. O, artıq Azərbaycanın şərtlərini qəbul etməkdən başqa heç bir varint qalmadığını dərk edib.

Hərbi-siyasi təhlilçilər deyir ki, Paşinyan gəldiyi bu qənaəti və Azərbaycanın şəertlərini qəbul etməkdən başqa yol qalmadığını bəyanatla, televiziya çıxışı ilə söyləsə, rəqibləri drhal bundan istifadə edərək, üsyan təşkil edib, onu yaranmış durumun baiskarı kimi, küçələrdə sürüyərlər. Odur ki, Paşinyan maksimum gizli gedişlər edərək, cəmiyyəti müəyyən müddətdə aldadaraq manevrlər etməyi üstün tutur.
Hərbi-siyasi mənbələr bildirir ki, Paşinyan müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəçilərin imkanlarından istifadə etməklə Azərbaycan Prezidenti İlham Əliyevlə təmas qurmağa çalışır. “Ermənistan hakimiyyəti Azərbaycan Prezidentinin elan etdiyi bütün şərtlərini qəbul etdiyi, işğal altında olan əraziləri tərk etməyə hazır olduğu barədə mesajlar ötürür” – deyə mənbə qeyd edir: “Paşinyan o qənaətdədir ki, artıq erməni xalqı onun “hamımız gördük ki, Azərbaycan xalqı, dövləti öz torpaqlarını istənilən halda bizdən alacaq. Biz onların qarşısında dayana bilmirik, qırılırıq, məhv oluruq. O əraziləri tərk etməsək, Azərbaycan zorla alacaq, bu zaman Ermənistan da bir dövlət kimi məhv olacaq, ordumuzu tam qıracaqlar, ölkəmiz batacaq, aclıq, xəstəlik də mülki əhalinin sonuna çıxacaq. Ya tamam məhv olmağı seçməliyik, ya da Qarabağı Azərbaycana qaytarıb öz dövlətimizin ərazisində normal yaşayışımızı təmin etməyə çalışmalıyıq. Biz bu realllığı qəbul etməliyik, dövlət kimi məhv olmamaq üçün yeganə çıxış yolu Azərbaycanla istənilən şərt altında razılaşmaya getməkdir” kimi izahını qəbul edə bilər”.

Baş nazir hesab edir ki, xalq onu anlayacaq, çünki hər bir erməni məğlubiyyətə düçar olduqlarını, həm cəbhədə, həm də aclıq-xəstəlikdən qırılıb məhv olduqlarını öz həyatında görür.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin