Dünyanın ən böyük neft-qaz şirkətinə raket hücumu oldu

0
187

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft və qaz şirkəti hücuma məruz qalıb.

RealMedia.az xəbər verir ki, şirkətin stansiyası raket atəşinə tutulub.

Məlumatı Ənsar-Allah (Husilər) hərəkatının Yəmən üsyançılarının sözçüsü Yahya Sariya tvitterdən yayıb. O, Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “Saudi Aramco”nun paylama stansiyasının raket hücumuna məruz qaldığını qeyd edib. Hücumun “Qüds 2” qanadlı raketlə təşkil olunduğunu vurğulayıb.

O, təcili yardım maşınları və yanğınsöndürənlərin hadisə yerinə gəldiyini də əlavə edib.

Husilər Səudiyyə Ərəbistanında fəaliyyət göstərən xarici şirkətlərə və vətəndaşlara bu cür əməliyyatların davam etməsi ehtimalı barədə xəbərdarlıq edib. Onlara həyati əhəmiyyət daşıyan obyektlərdən uzaq durmağı bildirib.

Qeyd edək ki, bu, “Saudi Aramco”ya ilk belə hücum deyil. Bundan əvvəl dünyanın ən böyük neft emalı zavodlarından biri olan “Saudi Aramco” Husi qruplaşmasının 10 pilotsuz təyyarəsinin hücumuna məruz qalmışdı.

Eyni zamanda, ölkənin ikinci ən böyük neft yatağı olan “Xurayis”ə də hücum həyata keçirilib. Nəticədə, həm zavodda, həm də neft yatağında böyük yanğın baş verib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin