Dünya Əliyevi təbrik edir: Ərdoğan, Putin, Avropa… 7 ildə nə gözləyək?

0
594

Dünya İlham Əliyevi seçkilərdə qalib gəldiyi üçün təbrik edir

RealMedia.az xəbər verir ki, aprelin 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Ərdoğan İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti vəzifəsinə təkrar seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib.

Öz təbrikində Rusiya dövlət başçısı qeyd edib ki, seçkilərdə inamlı qələbə İlham Əliyevin siyasi nüfuzunu təsdiq edir.

Ukrayna prezidenti Petro Poroşenko da dövlət başçısı İlham Əliyevi qələbə münasibəti ilə təbrik edib. Poroşenko təbrik sözlərini tvitter hesabında yazıb:

“Əminəm ki, Ukrayna-Azərbaycan strateji əməkdaşlığı daha da möhkəmlənəcək. Səbirsizliklə prezident Əliyevi Kiyevdə gözləyirəm”.

Başlanmış olan və davam edən proses özünün yeni mərhələsinə qədəm qoyacaq. Ölkə prezidentinin söylədiyi kimi, əgər indiyə qədər regionlarda infrastrukturların qurulması, oranın elektrik enerjisi, təbii qazla təminatı və təchizatı, yolların çəkilməsi, su və kanalizasiya xətlərinin yenidən bərpası ilə bağlı layihələr həyata keçirilib.

Nəticədə faktiki olaraq Azərbaycanda regionlar yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bütün bunlara söykənərək ölkəni daha da inkişaf mərhələsinə çıxarmağa ehtiyac var.

Bunu da ölkə prezidenti Nazirlər Kabinetinin 2018-ci il 3 aylıq yekunlarına həsr olunan müşavirəsində söylədi. Azərbaycan artıq islahatların keçirildiyi mərhələyə qədəm qoyur. Aqrar sektorun və regionlarda sənayenin inkişafına ciddi fikir veriləcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib. MSK sədri deyib ki, 3 milyon 962 min 123 bülletendən 3 milyon 962 min 96 bülleten sayılıb.

Beləliklə, emal olunmuş bülletenlərə əsasən, İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Bu arada İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir: “Sizi yenidən prezident seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu seçim Azərbaycan xalqının hökumətinizin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiyini və sizin rəhbərliyinizlə bu inkişafın davam etdirilməsində maraqlı olduqlarını göstərir.

Şübhəm yoxdur ki, iki ölkə xalqlarının oxşar mədəni, dini və tarixi köklərinə əsaslanan İran-Azərbaycan dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdiriləcək. Allahdan sizin üçün sağlamlıq və müvəffəqiyyət, Azərbaycan xalqı üçün rifah diləyirəm”.

Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.

“Prezident seçkilərindən sonra birinci tədbir kimi Hacı Cavad məscidinin açılışı dövlət-din münasibətlərinin bariz nümunəsidir”.

Bunu Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev Hacı Cavad dini icmasının üzvləri ilə görüşündə deyib.

Onu da xatırladaq ki, Bakı Şəhər Icra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının aprelin 14-ə təyin etdiyi mitinqə icazə verib.

Müxalifətin mitinqi aprelin 14-də saat 15-dən 17-dək Yasamal rayonunda yerləşən “Məhsul” Idman Sağlamlıq Mərkəzinin stadionunda keçiriləcək.

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə bildirib ki, mitinqin əsas şüarı “Xalqın seçki hüququnu özünə qaytar!” olacaq.

“Mitinqdə prezident seçkilərinin nəticələrinin saxtalaşdırılmasına, seçki korrupsiyasına qarşı mübarizə, siyasi məhbuslara azadlıqla bağlı şüarlar qaldırılacaq”, o qeyd edib.

Lakin seçkidə 86 faiz səs almış İ.Əliyevə qarşı olan bu qüvvələrin mitinqinə yenə də 500-800 adam gələcəyi şübhə doğurmur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin