Dövlətin qayğısını alver predmetinə çevirən ƏHMƏD İSMAYILOV… – BUNUN BAŞQA ADI YOXDUR…

0
1029

“Yeni media haqqında qanunu qoyaq bir kənara, zatən bu qanunla Biləcəridən o yana gedə bilməyəcəyimizi beynəlxalq qurumlar da net şəkildə ifadə etdilər. Məni maraqlandıran bir məqam da Medianın İnkişafı Agentliyinin (MEDİA) iş prinsipidir, yəni dövlətin ayırdığı maliyyəni ayrı-ayrı mətbu orqanlar arasında necə bölür, hansı əsasla müəyyən edir ki, kimlərə yardım ayıra bilər, kimlərə yox…” RealMedia.az-ın xəbərinə görə, bu açıqlama ilə DİA.AZ saytının baş redaktoru Məhəmməd Ərsoy çıxış edib.

Baş redaktor daha sonra əlavə edib: “Əhməd İsmayılov MEDİA-ya rəhbər təyin olunanda bu sahəyə yad birisi idi. Yəni mətbuat deyəndə oxuduğu saytları və yaxud da oxumuşdusa, qəzetləri nəzərdə tuta bilərdi. Nə mətbuatın mətbəxindən, nə də mətbuatın spesifik xüsusiyyətlərindən agah deyildi. Belə olan təqdirdə kimsə onu öyrətməli idi, ona yön verməli idi ki, o da Prezidentin ona göstərdiyi etimada uyğun olaraq DÖVLƏTİN MƏTBUATA QAYĞISINI ƏDALƏTLİ ŞƏKİLDƏ PAYLAŞDIRSIN…

Amma neçə dəfədir ki, bunun əksini görürük. Gördüyümüz yenə də ənənəvi media siyasətidir. Yəni Əli Həsənovun vaxtında necə idisə elə də qalır. Bu da ona əsas yaradır ki, Əhməd İsmayılovdan şübhələnək…

O mənada ki, Əhməd İsmayılov yenə də Əli Həsənovun təlimatı ilə çalışır. Əli Həsənovun mətbu heyəti gün kimi ortadadır. Jurnalistlər üçün tikilən binada məskunlaşanların (5-10 faiz normalını çıxmaq şərtilə -M.Ə.) siyahısını tutmaqla Əli Həsənovun mətbu komandasını müəyyən etmək olardı. Həmin komanda necə ki əvvəl KİVDF-nin qayğısı ilə əhatə olunmuşdu, indi də MEDİA həmin zatları bəsləməklə, onları “mətbuat” deyib ortalıqda “raskrutka” etməklə məşğuldur.

Mən ümid etmək istəyirəm ki, bundan nə Prezidentin, nə də müvafiq dövlət qurumlarının dolğun məlumatları yoxdur. Yəni “yuxarılarda” dəqiq bilgilər yoxdur ki, Əhməd İsmayılov yenə də Əli Həsənovdan qalma üsul və siyasətə sədaqət nümayiş etdirərək mətbuatda təfriqəçilik yaratmaqla məşğuldur. Mətbatda aşkar şəkildə bir cinahlanma yaradıb və ona, məhz ona biət etməyənləri az qala SİYASİ DÜŞMƏNƏ çevirmə yolunu tutub.

İnanırıq ki, bundan “yuxarılar” məlumatsızdır. Amma bu faktdır və buradan cənab Prezidentə müraciət edirəm:

– Əhməd İsmayılov bu gün dövlətin mətbuata hesablanmış maliyyə dəstəyini özbaşınalıqla istismar etməkdədir;

– Əhməd İsmayılov Əli Həsənovun dövründə olduğu kimi ənənəvi neqativləri yaşatmaqdadır;

– Əhməd İsmayılovun vəsf etdiyi media haqqında yeni qanunvericiik Azərbaycan mətbuatına təhlükədir və bu qanunun yaradacağı mənzərə nəninki mətbuatımızı inkişaf etdirməyəcək, əksinə, mətbuatda dərin qatlara malik parçalanmalar yaradacaq, halbuki yeni qanunun əsas missiyası mətbuatı bir çatı altında birləşdirmək, bir qanunla fəaliyyətə sövq etmək idi…

Bunları, yəni Əhməd İsmayılovun saçdığı təhlükələri davam etdirmək olar. Hələlik bu qədər yetər və inanırıq ki, müraciətlərimiz nəhayətdə nəticə verəcək. Çünki biz illərdir bu mətbuatda külng vuranlarıq və bizim fəaliyyətimizi hansısa cılız maraqlar fonunda kimlərsə rəsmiləşdirməyə, çərçivəyə salmağa cəhd edərlərsə, buna jurnalistika yox, mirzəlik deyilir.

İnanmıram ki, dövlətimizin mediaya münasibəti belə olsun…”

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin