“Dönüklüyü, xəyanəti bağışlamıram” – Qardaşından Araz Əlizadəyə cavab

0
45

Xəbər verdiyimiz kimi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə İctimai Televiziyanın efirində yayımlanan “3D” verilişinin qonağı olub.

Robot-aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandıran Araz Əlizadə qardaşı, politoloq Zərdüşt Əlizadə ilə münasibətlərinə də toxunub. Deputat bildirib ki, illərdir küsülü olduğu qardaşına barışıq üçün bir neçə dəfə əl uzatsa da, bu əl havada qalıb. O, artıq bu məsələni unutduğunu söyləyib.

RealMedia.az xəbər verir ki, A.Əlizadənin bu fikirlərinə münasibətini öyrənmək üçün “Modern.az” onun qardaşı Zərdüşt Əlizadə ilə əlaqə saxlayıb. O, açıqlamasında belə bir məsələnin gündəmə gəlməsini qınayıb:

“O, yaxşı edib, əcəb edib danışıb. Bizdə demokratiyadır, İlham Əliyevə təşəkkür edirəm ki, Azərbaycanda demokratiya var. Kim nə istəyir danışır, canı sağolsun. Azərbaycanda bu qədər mühüm problemlər qala-qala gör nədən sual verirsiniz?!”

Z.Əlizadə qardaşını bağışlamayacağını qətiyyətlə vurğulayıb: “Mənə lazım deyil. Heç bilmirəm o verilişdə nə deyib. Bilmək də istəmirəm. Havada qalıb, çox şey havada qalıb. Mən bağışlamıram. Dönüklüyü, əhdi peymanı, xəyanəti bağışlamıram”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin