“Donbasda – təmas xəttindəki mövcud vəziyyət qorxuncdur” – Peskov

0
215

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın cənub-şərqindəki (Donbas) vəziyyəti “qorxunc” adlandırıb.

RealMedia.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Donbasda – təmas xəttindəki mövcud vəziyyət qorxuncdur”, – Peskov bildirib.

O, Ukrayna ordusunu atəşkəs rejimini pozmaqda ittiham edib.

Peskov bundan əvvəl Rusiya hərbçilərinin hazırda Ukrayna ərazisindəki silahlı qarşıdurmalarda iştirak etmədiyini və heç vaxt iştirak etməyəcəyini iddia edib.

O, Donbasdakı münaqişəni “Ukraynadakı daxili qarşıdurma” adlandırıb.

Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini Roman Maşovets isə respublika ilə həmsərhəd olan NATO ölkələrinə qoşunlarının döyüş hazırlığı səviyyəsini artırmaq üçün çağırış edib. O, Donbasdakı vəziyyətin kəskinləşdiyini deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin başçısı da öz növbəsində Donbasdakı eskalasiyanı son illərin “ən böyüyü” adlandırıb.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin