Dollar işbazlarına qarşı DTX-nin yeni xüsusi əməliyyatı

0
948

Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatı çərçivəsində iri məbləğdə xarici valyuta qaçaqmalçılığında şübhəli bilinən Masallı rayon sakinləri Azər Akif oğlu Babayev, Mehman Məhərrəm oğlu Qafarlı və Nofəl Müştəba oğlu Məmmədov saxlanılıblar. Bu barədə  DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirildiyinə görə, göstərilən pullar valyutadəyişmə üzrə qeyri-qanuni əməliyyatlar nəticəsində əldə edilib.

Aparılan axtarışlar nəticəsində saxlanılan şəxslərdən 71500 ABŞ dolları, 6500 rubl və 4300 manat aşkar olunub.

Fakt üzrə operativ axtarış işləri davam etdirilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin