Doğum Günün Mübarək, AZƏRBAYCAN QADINI!

0
623

Hər bir insanın həyatında müxtəlif əlamətdar gün olur. O əlamətdar günlərin içərisində ən dəyərlisi, ən qiymətlisi əlbəttə ki, doğulduğun, dünyaya göz açdığın gündür! Həmin gün, həmin tarix gələndə hər kəs səni təbrik edir, qucaqlayır, ünvanına gözəl sözlər deyir. Bu gündə ünvanına təbriklər yağdırılan, məhz o əlamətdar günün sahibi Sevil xanım Abbasquliyevadır. Sevil Abbasquliyeva Əkinçilik Elmi Tədqiqat İnstitutu Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyasının mudiri, aqrar elmlər üzrə fəlsəfə doktorudur. Hər il 27 yanvar tarixində bu səmimi, mehriban, gözəl qəlbin sahibəsi, əsl Azərbaycan xanımı Sevil Abbasquliyeva DOĞUM GÜNÜnü qeyd edir. Bu əlamətdar gün münasibəti ilə Sevil xanımı başda övladları olmaqla, ona  yaxın olan hər kəs səmimi qəlbdən təbrik edirlər, ona möhkəm can sağlığı, yaradıcılıq yolunda uğurlar arzulayırlar!

Biz də “Realmedia.az” kollektivi olaraq bu təbrikə qoşulur, Sevil xanıma qucaq dolu təbriklər göndəririk. Doğum Gününüz Mübarək Olsun!!


BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin