Direktor vakansiyanı gizlətdi, müəllimə üsyan etdi – Samuxda( FOTOLAR)

0
841

Realmedia.az xəbər verir ki, Samux rayonu M.Xəlilov adına Poylu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Növranə Paşayeva Təhsil Nazirliyinə və ictimaiyyətə müraciət edərək, kömək istəyir.

Müraciətin mətnini təqdim edirik:

“Mən Növranə Paşayeva keçən il Samux rayonu M.Xəlilov adına Poylu kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi qəbul olunmuşam.Bu il üzrlü səbəbə görə Samux rayon İnstitut qəsəbə tam orta məktəbinə yerdəyişmə etmək istəyirəm. Bilirəm ki, məktəbdə 65 yaşı tamam olmuş 2 müəllim işdən azad olunub. Digər müəllimlərin də yetərli qədər dərs saatı var. Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişəm. Mayın 2-də İnsan resursları şöbəsində qəbulda olmuşam. 4 aydı məsələ düzgün araşdırılırmır və vakansiya gizlədilir. Keçən həftə 2 dəfə Təhsil nazirliyinə getdim. Qəbul etmədilər.Hazırda işlədiyim yerdə kifayət qədər dərs saatım və aylıq maaşım var, amma həmin məktəb 70 km.uzaqlıqda yerləşir. Və anam xəstə olduğu üçün ona baxım lazımdır, Təhsil Nazirliyində bunu demişəm, lazımı sənədləri də təqdim etmişəm. Amma məsələyə baxılmır. Sizdən xahiş edirəm mənə kömək edin problemin həllində.”

 

1

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin