DİN Xaçmazda yuxarı sinif şagirdləri ilə görüş keçirilib

0
91

DİN Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin və “Regional medianın inkişafına yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayonda yerləşən Çingiz Abdullayev adına 2 saylı tam orta məktəbdə görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
“Xaçmaz rayonunda məktəblilərin (uşaqların) internet informasiya resurslarının zərərli təsirlərindən qorunması ilə bağlı təşəbbüslər” layihəsi çərçivəsində keçirilən tədbir zamanı məktəblilərə zərərli informasiyaların təsirdən qorunmağın yolları haqqında geniş məlumat verilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov və RMİY İB -nin təsisçisi Vəli Turan bildiriblər ki, hazırda ölkədə internet istifadəçilərinin sayı ümumi əhalinin 80%-nə yaxındır. Onların arasında məktəblilər də var. Amma şagirdlərin hamısı internet resurslarından düzgün istifadə etmirlər. Bəzən onlar arasında cinayətkar qrupların təsiri altına düşənlər, dini cərəyanlara meyl edənlər, eləcə də pis vərdişlərə qurşananlar olur. Ona görə də məktəblilər internet resurslarından yalnız bilik səviyyələrini artırmaq və məlumatlanmaq üçün istifadə etməlidirlər. Daha sonra çıxışında şagirdlərə zərərli və pis vərdişlərdən uzaq durmağı tövsiyyə edən H.Həsənov, onlara narkotik maddələrin cəmiyyət üçün yaratdığı faciələrdən və insan sağlamlığına vurduğu zərərlərdən geniş məlumat verib.
Tədbirdə həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin sonunda məktəbin direktoru Sevinc Sədullayeva keçirilən maarifləndirici tədbirə görə təşkilatçılara öz minnətdarlığını bildirib.

Görüntünün olası içeriği: 3 kişi, oturan insanlar ve iç mekan
Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar, masa ve iç mekan
Görüntünün olası içeriği: 4 kişi, gülümseyen insanlar, ayakta duran insanlar

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin