“Deyirlər ki, gedin dua edin, biz sizə danışmağa icazə veririk” -FAİQƏ NÖSRƏTİ – MÜSAHİBƏ

0
1014

CƏMİYYƏT BİZİ TƏK QOYMASIN – FAİQƏ NÖSRƏTİ

“Jam.az” saytının baş redaktoru, jurnalist Fikrət Fərəməzoğlu artıq bir ildir ki, azadlıqdan məhrum edilib.

O, 2016-cı ildə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham olunub.

Fikrət Fərəməzoğlu ittihamı qəbul etmir.

Bu gün isə Bakı Ağır Cinayətlər Məhkəməsində Fikrət Fərəməzoğlu barəsində hökm oxunub. Məhkəmə onu hədələmə yolu ilə pul tələb etməkdə təqsirli bilib və 7 il müddətinə azadlıqdan məhrum edib.

Fikrət Fərəməzoğlunun xanımı Faiqə Nösrəti Sozcu.az sayıtına müsahibə verib.

Faiqə xanımla siyasi məhbusun vəziyyəti, problemləri barədə danışdıq. Müsahibəni sizə təqdim edirik.

– Zaman-zaman mətbuatda Fikrət bəylə görüşlərinizə problem yaradılması ilə bağlı çıxışlarınız olur. İndi vəziyyət necədir, yenə görüşlərinizə problem yaradırlar?

Əvvəl çox problem yaradırdılar. Amma indi demirəm tam şəkildə həll olunubdu, sadəcə olaraq bir az əvvələ baxmış vəziyyət yaxşıdır. Artıq bir ilə yaxındır ki, Fikrət təcridxanadadır. İstintaqdan keçibdi. Təcridxanada hələ ki, problemlər yaratmasalarda, amma məhkəmədə böyük problemlər yaradırlar. Artıq nəzarətçilər və hakim təxqirə keçibdir. Deyirlər gedin dua edin ki, biz sizə danışmağa icazə veririk. Yəni məsələlər bu həddədir. Uşaqlarıda atalarını görmək istəyir. Amma psixologiyalarına təsir göstərər deyə uşaqları mən özüm aparmıram görüşməyə.

– Son dəfə Fikrət bəylə nə vaxt görüşmüsünüz? Vəziyyəti necədi?

Son dəfə mayın 30-u görmüşəm. Apardığım dərmanların sayəsində böyrəkləri bir balaca normallaşıb. Amma dişlərinin vəziyyəti həqiqətən bərbaddır. Çünki artıq dişləri sinirə yetişibdir və hamısı sınıbdır. Çox pis vəziyyətdədir dişləri. Psixologiyasıda bərbad vəziyyətdədir. 11 aydı tək bir otaqda qalır. Heç yana buraxmırlar. Müstəntiq Hacı Əfəndiyev mənə demişdi ki, məsələni ictimailəşdirsən səni məhkəmələrdə süründürəcəyəm. Hakim, Bakı Ağır Cinayətlər Məhkəməsi, bütün ölkə bu gün müstəntiqin, “Bondatdel”in arzu və istəklərini yerinə yetirir.

– Son zamanlar ölkəmizdə jurnalistlərə qarşı bir repressiya dalğası var. Bunun səbəbi nədir? Hakimiyyət jurnalistlərdən nə istəyir?

Azad sözü boğmaq istəyir. Mənim şəxsən yoldaşım bildiyiniz kimi Daxili İşlər Nazirliyinin, ordakı generalların himayəsində olan əxlaqsızlıq yuvalarından yazdığı üçün həbs olunub. Başqa jurnalistlərdə eyni şəkildə. Bir şeydən yazırlar, bir məsələni ictimailəşdirirlər, azad söz danışırlar, sonda da mövcud hakimiyyət onların səslərini bu cür repressiyalarla boğur.

– Bir siyasi məhbus ailəsi kimi bu gün hansı problemlərlə qarşı-qarşıyasız? Siyasi məhbus ailəsi olmağın hansı çətinlikləri var?

Mənim ilk olaraq uşaqlarımın yaşları çox kiçikdir. Birinin 5 yaşı var, o birinində 3 yaşı. Hər dəqiqə atalarını istəyirlər. Mənim ən böyük problemim budur. Çünki onlar keçən il iyun ayının 30-da atalarını görüblər və bir ildir atalarını görmürlər. Mənim üçün yoldaşımın həbsində ən böyük problem budur. İkinci də Daxili İşlər Nazirliyinin, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin elədiyi şantajlardır. Mən qorxu içərisində yaşayıram. Təsəvvür eliyin ki, uşaqları geyindirirəm, özüm geyinirəm səhərə qədər otururam. Səhər açılanda mən bir 5 dəqiqə, 10 dəqiqə yatıram. Çünki qorxuram uşaqlarımı, evimi oğruyarlar. Evimə od vurarlar. Müxtəlif planları var idi onların. Keçmişdə gördünüzdə məni necə şantaj elədilər. Sırf yoldaşımın məsələsini, şərlənərək həbs olunmasını ictimailəşdirdiyim üçün belə etdilər. Üçüncüsüdə ki, təbii maddi problemlərdi. Nə qədərdə olmaya yoldaşım evdə deyil. Bizim evimiz kreditdədir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi mənim yoldaşımı şantaj maddəsi ilə ittiham edibdir. Fikrəti ittiham edirlər ki, çoxlu əmlaklar əldə edibdir. Hamını şantaj edib pul alıbdı. Halbu ki, bizim evimiz və maşınımız kreditdədir. İndi mən 4300 manatı ödəməkdən ötürü qapı qalmayıb ki döyməyim. Bəs necə olur ki, mənim yoldaşım əgər şantajla məşğul olubsa niyə krediti var? Şantajçı rekert jurnalistlərdir ki, onlarda DTX tərəfindən tutuldular. Onların villaları, maşınlarıda mətbuatda açıqlandı. Mənim yoldaşım 4300 manatı ödəyə bilmir. Və bu kredit nəyinki mənim yoldaşım həbsdədir ödənilə bilmir, keçən ildən, mart ayından bizim kreditimiz ödənilməyibdir. Beləcə qalıbdı hər gün faiz gəlir. Mən bilmirəm Daxili İşlər Nazirliyi araşdırmamışdı mənim yoldaşımı tutanda ki, bu adamın heç nəyi yoxdu? Evidə kreditdə, maşınıda. 4000 manatlıq maşınıda kreditdədir. Bizim problemlərimiz bunlardan ibarətdir. İnşallah düzələr hər şey.

– Bir çox siyasi məhbus vaxtından əvvəl əfv olunaraq azadlıqlarına qovuşurlar. Nə zamansa Fikrət bəyin də əfv olunaraq vaxtından əvvəl azadlığına qovuşacağına inanırsızmı?

Əfv deyəndə, axı o əfv olunacaq bir şey etməyib ki əfvdə olunsun. İkincisidə əlbətdə ki inanıram. Əfvnən də çıxa bilər, axıra qədər yatıb da çıxa bilər. Hər şey ola bilər.

 – Bir siyasi məhbus ailəsi kimi cəmiyyətdən gözləntiniz nədir?

Bu gün cəmiyyətimiz elə bir durumdadır ki, hər kəs öz problemi ilə məşğuldur. Heç kəsin asudə vaxtı yoxdur ki, bizlə də məşğul olsun. Sadəcə olaraq cəmiyyətdən bizə dəstək olmalarını istəyirəm. Yoldaşımın məsələsini ictimailəşdirməklə, diqqətdə saxlamalarını istəyirəm. Bizi tək qoymasınlar. Çünki bildiyiniz kimi biz çox böyük təhlükə yaşayırıq. Hər dəqiqə, hər şey bizim başımıza gələ bilər. Diqqət mərkəzində olmaq istəyirik. Ən azından bu ağır mərhələni keçənə qədər. Cəmiyyətdən gözləntim budur.

– Fikrət Fərəməzoğlunun həbsini necə qiymətləndirirsiz? Bu azad sözün boğulmasıdır, yoxsa necə?

Əlbətdə bu azad sözün boğulmasıdır. Mənim yoldaşım sırf məmur özbaşınalığını və əsasən Daxili İşlər Nazirliyində olan işləri, qanunsuzluqları, rüşvətxorluqları, insanlara təzyiqləri və əsasəndə Daxili İşlər Nazirliyinin bir başa himayə etdiyi əxlaqsızlıq yuvaları haqqında yazdığı üçün həbs olunub. Bir ildi məhkəməsi gedir. Heç bir şey sübut olunmayıb. Hər nə vəsadət verilibdir, geri qaytarılıbdır. Təmin edilməyibdir. Bondatdelin arzu və istəkləri yerinə yetirilibdir. Halbu ki onun iki körpəsi vardı. Heç nə olmasada Allahlarından qorxsunlar. Çünki, geci-tezi var. Bunların özlərinində başına gələcəkdi. Siz təsəvvür edin ki, Kürdəxanıda hansı quldur dəstə yatır. Bir onları özlərinə ibrət eləsələr görərlər ki, geci-tezi vardır hər şeyin.

– Fikrət Fərəməzoğlunun həbsindən sonra övladları psixoloji travma almışdı, bu gün uşaqlarının durumu necədi?

Mən hər ay onları xəstəxanaya, psixoloqa aparıram. Həkimlərin çeklərini vəkilimiz Elçin Sadıqova verirəm ki, hər ay bunlar həkim nəzarətində olmasalar, bunların temperaturları qalxır 42 dərəcəyə. Həkim mənə dedi ki, bu sırf əsəblə, uşağın psixologiyası ilə bağlıdır. Darıxmaqdan irəli gəlir.

– Birinci-vitse prezident Mehriban Əliyevaya mətbuat vasitəsilə müraciət etmişdiz. Müraciətin nəticəsi necə oldu? Müraciətinizə bir cavab verdilərmi?

Mehriban xanıma 17 vəsadətlə bərabər mənə və yoldaşıma qarşı olunan şantajları göndərmişdim. Ədliyyə Nazirliyindən, Bakı Ağır Cinayətlər Məhkəməsindən, Baş Prokurorluqdan bizə məktub ünvanlanaraq bildirildi ki, etdiyiniz şikayət müraciətinə baxılır və müraciətdə göstərdiyiniz işgəncə verilməsi ilə bağlı iddianız araşdırılacaq. Ancaq hələ də müraciətimizlə bağlı bir ölçü götürülməyib. Düşünürdüm ki, Mehriban xanıma müraciətdən sonra bizim problemə baxarlar. Amma bu qurumlar bu gün Mehriban xanımıda eşitmirlər.

Vüsal Əfəndi

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin