“Devalvasiyadan öncə 800 milyon kredit götürüb 1 milyard pul qazandı” – Namizəd debatda Elman Rüstəmovu “vurdu”

0
757
Martın 28-də İctimai Televiziyanın efrində prezidentliyə namizədlərin sayca 6-cı debatı olub.
RealMedia.az xəbər verir ki, bu dəfəki debatda namizədlər əsasən təhsil, elm və gənclər mövzusunda çıxış ediblər.
Prezidentliyə nazmizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğu hökumətin fəaliyyəti ilə bağlı sərt ittihamlar səsləndirib. O. hökuməti sosial-iqtisadi, siyasi, təhsil və digər sahələrlə bağlı fəaliyyətinin yalan üzərində qurulduğunu bildirib.
Daha sonra namizəd maliyyə-bank sektorundakı vəziyyətlə bağlı fikirlər səsləndirib:
“Azərbaycanda hökumət üzvləri xalqa yalan danışır. Birinci devalvasiyadan qabaq Mərkəzi Bankın sədri Elman Rüstəmova sual vermişdilər ki, devalvasiya ola bilərmi, o da hələlik belə bir şeyin gözlənilmədiyini bildirmişdi. Üç gün sonra devalvasiya oldu, Azərbaycan xalqı 10 milyard zərərə düşdü. Amma sonradan məlum oldu ki, Elman Rüstəmov devalvasiyadan qabaq 800 milyon kredit götürüb dollara çevirərək 1 milyarddan çox pul qazanıb. Amma Qazaxıstanda devalvasiyadan öncə Nazarbayev çıxıb dedi ki, devalvasiya olacaq, pularınısı xarici valyutada saxlayıb. Bax, fərq budur”.
Prezidentliyə nazmiəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov S.Cəlaloğlunun ittihamlarına bir sıra rəqəmlərlər cavab verməyə çalışıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin