DEPUTAT NAZİRİ İSTEFAYA ÇAĞIRDI! – “Yaxşı olardı ki, öz təşəbbüsü ilə istefaya getsin”

0
699

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb.

APA-nın məlumatına görə, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.

O qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: “Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin