Deputat Hacı Madər 1991-ci ildə müstəqilliyə səs verməyib? –“Məndən soruşmadılar ki, istəyirsən, yoxsa, yox?!”

0
892

1991-ci ilin 18 oktyabrında Azərbaycan SSRİ-nin tərkibində ola-ola dövlər müstəqilliyini bəyan edib. Təbii ki, həmin ərəfələrdə siyasi, iqtisadi proseslər gərgin idi. Həmin vaxt Müstəqillik Aktına imza atanlar bir cəbhədə, imza atmayanlar digər cəbhədə dayanırdı.

26 il ərzində proseslər dəyişsə də, Müstəqillik Aktına imza atan istiqlalçı deputatlar o sənədi imzalamayanların hələ də Milli Məclisdə təmsil olunmalarını heç cür qəbul etmirlər.

Müstəqillik Aktına imza atmayan, lakin 26 ildir deputat kürsüsündə əyləşən Mader Musayev müstəqilliyə qarşı çıxması barədə yazılan və deyilənlərlə bağlı bildirib ki, ötən illər ərzində kimsə ondan bu barədə heç nə soruşmayıb: “Düzü, 25 ildir ki, kimsə məndən 1991-ci ildə olub-keçənləri soruşmayıb. “Niyə Müstəqillik Aktına imza atmamısan” sualını verən də olmayıb.

Müstəqillik Aktına imza atanlar və atmayanlar həmişə müzakirə mövzusu olur. Adım müstəqilliyə imza atmayanlar arasında olsa da, bunu məndən istəyib-istəmədiyimi soruşmayıblar. Həmin vaxt kimsə mənə yaxınlaşıb soruşmamışdı ki, “sən müstəqillik istəyirsən, yoxsa, yox?!” Əsarətdə yaşayan xalq necə müstəqilliyə yox deyə bilər ki! Bəlkə də, həmin ərəfələrdə söhbət əsnasında müstəqilliklə bağlı danışıqlar olub və mən də “Müstəqillik Aktına imza atmayacağam” demişəm. Amma, konkret olaraq,  “müstəqillik istəmirəm” deyib canfəşanlıq göstərməmişəm”. (modern.az)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin