Dani Kintana avrokuboklardakı bombardirlər siyahısında 2-ci yerə şərik olub

0
68

“Qarabağ”ın futbolçusu Dani Kintana Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçular siyahısında 2-ci yerə şərik olub.

APA-nın məlumatına görə, Avropa Liqasının qrup mərhələsinin III turunun APOEL (Kipr) ilə ev oyununda hesabı açan ispaniyalı 8-ci dəfə fərqlənib.

D.Kintana 8-ci qolunu 41-ci matçında vurub. Bununla da ispaniyalı “Qarabağ”dakı komanda yoldaşı Riçard Almeyda ilə Rəşad Sadiqova çatıb.

Lakin bu iki oyunçu daha çox matç keçirib. R.Almeyda 65, R.Sadiqov 71 matçda 8 qol vurub. Bu üç bombardir ən çox qol vuranlar siyahısında 2-ci yerə şərikdirlər. Onlar yalnız 11 qol vuran Reynaldo Silvadan geri qalırlar.

Qeyd edək ki, “Qarabağ” APOEL-lə oyunun 1-ci hissəsindən sonra 1:2 hesabı ilə uduzur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin