Daha bir partiya seçkidə iştirakdan imtina etdi

0
853

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbədənkənar sessiyası keçirilib

Sessiyada aprel ayının 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə edilib.

İclasda partiyanın seçkilərə qatılmaması barədə qərar verilib. Qərar partiya sədri Mirmahmud Mirəlioğlu tərəfindən elan edilib.

Qeyd edək ki, bundan əvvəl KXCP seçkilərə Mirmahmud Mirəlioğlunun namizədliyi ilə gedəcəyini açıqlamışdı. Lakin seçkilərin vaxtının dəyişdirilməsindən sonra partiya boykota gedəcəyini bildirmişdi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin