Daha bir ABŞ nəhəngi minlərlə işçisini ixtisar edir

0
231

ABŞ-ın “General Electric” aviamühərriklər istehsalı müəssisələrində çalışan 13 min nəfəri işdən azad edir. Bu barədə “The Wall Street Journal” qəzeti korporasiya rəhbərliyinin işçilərə göndərdiyi memorandum əsasında məlumat yayıb.

Sənəddə həmçinin bildirilir ki, şirkət yaxın aylarda “Boeing” və “Airbus SE” üçün aviamühərriklər istehsal edən müəssisələrin əməkdaşlarının 25 faizini ixtisar etmək niyyətindədir. Bildirilir ki, aprel ayında yeni aviamühərrik sifarişləri 45 faiz azalıb. Qəzetin yazdığına görə, korporasiyanın müəssisələrində ümumilikdə 52 min nəfər işçi çalışır. Rəhbərliyin elan etdiyi tədbirlər sərnişindaşımanın kəskin azalması ilə əlaqədar xərclərin 1 milyard dollar azaldılması planının bir hissəsidir.

“The Wall Street Journal” xatırladır ki, martda “General Electric” aviamühərrik istehsalı müəssisələrində işçilərin 10 faizini ixtisar edib.

CNN telekanalının məlumatına görə, pandemiya ilə bağlı olaraq ABŞ-da sərnişin reyslərinin sayı 80 faizədək azalıb.
Musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin