“Dəmir Yolları”nda audit müəmması… – ŞÜBHƏ VAR

0
261

Bu günlərdə “Azərbaycan Dəmir Yolları QSC-nin tərkibindəki “Təsərrüfat İdarəsi” MMC-də qanun pozuntuları barədə Qafqaznews.az saytına məlumat daxil olub. Belə ki, etibarlı mənbənin verdiyi məlumata görə, Cavid Qurbanov QSC-ə rəhbər təyin olunduqdan sonra, “Təsərrüfat İdarəsi” MMC-ilə bağlı şəhid ailələri tərəfindən QSC-ə şikayət daxil olub.

“Əlbəttə, Cavid Qurbanov öz növbəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində yeni yaradılan Audit xidmətinin rəhbəri Ramin Abdullayevə tapşırıq verib ki, “Təsərrüfat İdarəsi” MMC-də yoxlama aparılsın. Yoxlama aparılıb və nəticədə üç nəfər tutduğu vəzifədən azad olunaraq dəmiryolu sistemindən uzaqlaşdırılıb”, – deyə məlumatda bildirilir. Yoxlama zamanı Audit xidmətinin rəhbəri Ramin Abdullayevin kimlər tərəfindən razı salındığı barədə şok açıqlama verəcəyik. Söhbət 7 il ərzində QSC-də mənimsənilən bir milyon yarım manatdan artıq məbləğdən gedir.

Redaksiyamıza daxil olan məlumata görə, “Təsərrüfat İdarəsi” MMC-də 7 il ərzində 1 milyon 512 min manat pul mənimsənildiyi məlum olub. Bu pullar dəmiryolu sistemində şəhid ailələrinə dövlət tərəfindən ayrılsa da, pullar “Təsərrüfat İdarəsi” MMC-nin bir sıra əməkdaşları tərəfindən mənimsənilib. Pulun mənimsənilməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində fəaliyyət göstərən Audit xidmətinin əməkdaşları tərəfindən yoxlama keçirilib və müəyyən olunub ki, 1 milyon 512 min manatlıq mənimsəmə olub (Qafqaznews.az).

Kavkaznews.az qərara gəldi öyrənsin, bu müddətdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Audit Xidməti bu “yeyinti”dən necə “bixəbər” olub? Sualımıza cavab almaq üçün, Audit xidmətinin rəhbəri Ramin Abdullayevlə əlaqə saxlamağa çalışdıq. Lakin təəssüf ki, onu iş yerində tapa bilmədik. Biz sözügedən qurumun sabiq rəhbəri Vidadi Baxşəliyevdən bu məsələni şərh etməyi xahiş etdik. “Audit hər il aparılır”, – deyə V.Baxşəliyev Kavkaznews.az saytına bildirdi. Onun sözlərinə görə, sovet vaxtında yoxlamaq çox asan idi.

“Hər kəs idarədə pul almaq üçün qol çəkirdi. İndi isə belə deyil. Yoxlama ancaq o halda aparılır ki, kimsə pul almadığından şikayətlənir. Ancaq onda müfəttiş aydın edir ki, pullar hara xərclənilib”, – deyə V.Baxşəliyev vurğuladı. “Auditin başlıca məqsədi odur ki, dövlət pullarının necə və hansı fayda ilə xərclənməsi müəyyən olunsun”, – deyə Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva bildirdi.

O qeyd etdi ki, auditorlar dövlət vəsaitinin hara xərclənməsini müəyyən edir. “Siz sualınızı yazılı formada göndərin və mən sizə mütləq cavab verəcəm”, – deyə mətbuat katibi söz verdi. Biz suallarımızı yazılı formada göndərsək də, Hesablama Palatasının mətbuat xidmətindən cavab ala bilmədik. Lakin Hesablama Palatasının mətbuat katibinə inansaq (ona inanmamaq haqqımız yoxdur), “Azərbaycan Dəmir Yolları” QSC auditləri qanuna uyğun formada yox, öz arzusuna uyğun olaraq aparır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin