“Çinə kredit verməyi dayandırın!” – Tramp Dünya Bankından tələb edib

0
98

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, Dünya Bankı Çinə kredit verməyi dayandırmalıdır.

«Çinin kifayət qədər pulu var. Əgər pul çatmırsa, onlar onu yaradırlar. Bunu dayandırmaq lazımdır» – deyə, prezident «Tvitter»də yazıb.

Qeyd edək ki, Dünya Bankına aprel ayından ABŞ-nın maliyyə naziri Devid Melpas rəhbərlik etməyə başlayıb.

Onun özü əvvəllər bankın fəaliyyətini tənqid edib, xüsusilə də Çinə böyük kreditlər ayırmaqda. Hazırda Vaşinqton və Pekin danışıqlar aparırlar. Məqsəd isə ölkələr arasında ticarət müharibəsinə son qoymaqdan ibarətir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin