Ceyranbatan 2 saylı məktəbdə QALMAQAL- Direktor özbaşınalığı pik həddə + VİDEO

0
1139
“RealMedia.az” Miq.az-ın redaksiyasına Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 2 saylı tam orta məktəbin direktoru Leyla İsmayılova ilə bağlı daxil olmuş şikayət məktubunu diqqətinizə şatdırırıq:
Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı məktəbin direktoru Leyla ismayılova öz çirkin əməllərini davam etdirməkdədir. Məktəb kollektivinin bu yaxınlarda ölkə rəhbərliyinə və təhsil nazirinə ünvanladığı müraciət hələ də cavabsız qalır. Direktor heç kimə məhəl qoymadığını, nazirlikdəki “daydayı”sına güvənərək təhsilimizə yaraşmayan əməllərini bundan sonra da “layiqincə” davam edəcəyini pedaqoji heyətin önündə dəfələrlə bəyan edib. Bu videoda müavini Lətafət xanımın başına açdığı oyundan sonra onun hansı vəziyyətə düşdüyü açıq aydın görünür. 

Redaksiyamıza daxil olmuş şıkayət məktubunda deyilir ki, Paşayeva Lətafət məhz müəllimlərin haqq səsinə qoşulduğu üçün direktor onu aşağılayıcı sözlərlə təhqir etmiş, pedaqoqa yaraşmayan hərəkətlər etmişdir. May ayínın 23-də təxminən günorta vaxtı direktorun növbəti çirkin hərəkətindən sonra Lətafət xanımın halı pisləşmiş, təcili yardımın köməkliyi ilə çətinliklə  özünə gəlmişdir.
Abşeron rayon Təhsil İdarəsinin əməkdaşları bu yaxınlarda məktəbdə olmuş, müəssisədəki mövcud naqislikləri və direktorun yarıtmaz əməllərini aktlaşdirmışlar. Az sonra Təhsil idarəsinin “başbilənləri” məktəbə gələrək kollektiv önündə direktorun işdən azad olunduğunu bildirmişlər. Lakin bu günədək nəinki Leyla xanım işindən azad olunub, öz bəd əməllərini bir az da çoxaldıb. Görünən odu ki, Abşeron rayon Təhsil İdarəsi onun qarşısında aciz durumdadır. Bəs Təhsil naziri Ceyhun Bayramov görəsən nazirlik əməkdaşlarının yoxlamaları nəticəsində kifayət qədər  nöqsanlarla dolu “papkalarín” taleyi ilə maraqlanıbmı və ya maraqlanacaqmı?…
Dəqiqləşdirə bilmədiyimiz məlumata görə Leyla xanım vaxtilə Təhsil nazirliyində yüksək vəzifə tutan İ. Pirməmmədova arxalanaraq öz çirkin əməllərini davam etdirir. 
Dünən redaksiyamıza daxil olan məlumata görə, baş vermiş qanun pozuntularına görə, hüquq-mühafizə oraqanları araşdırmalara başlayıb.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin də açıqlamasını verməyə hazırıq.
Bir müddət əvvəl Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin müəllimlərinin ölkə başçısına göndərdikləri MƏKTUB
 Azəbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Sizin – cənab Prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı olan I Vitse-prezident Mehriban xanımın Azərbaycanın hər sahədə çiçəklənməsi uğrunda apardığınız ardıcıl mübarizə, təəssüf ki, mərkəzdə və yerlərdə olan irili-xırdalı bəzi məmurlar tərəfindən əməllicə sabotaj edilir. Özü də, növbəti prezident seçkiləri kimi strateji bir tədbirin ərəfəsində.
Belə məmurlardan biri Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin direktoru Leyla İsmayılovadır. O bu vəzifəyə təyin olduğu natamam 2 il ərzində vaxtilə təhsildəki uğurları ilə tanınmış gənc məktəbi gücdən və gözdən salıb. Başqa təfərrüatlara toxunmadan deyək ki, bunun başlıca səbəbi direktorun hədd tanımayan pul hərisliyi, habelə peşəsinə və vəzifəsinə tam yararsızlığıdır.
O, nəinki məktəbdə təlim-tədris prosesini xeyli axsadıb, həmçinin pedoqoji kollektivdə, müəllimlərlə şagird və valideynlər arasında olan işgüzar və insani münasibətlərə xeyli zərər vurub.
Bu münasibətər nəhayət bu il martın 16-da – 10A sinfi şagirdlərinin akt tərtib etməsi ilə özünün ən kəskin nöqtəsinə çatıb. Şagirdlər aktda bildiriblər ki, ingilis dili müəllimi Bəşirova Xoşbəxt və dil-ədəbiyyat müəllimi Müsadirova Səbinə yanvar-mart ayları ərzində xəstəlikləri ilə əlaqədar məzuniyyətdə olublar, sözügedən dərslər boş keçib, nəticədə şagirdlər dərs proqramından çox geri qalıblar və istəyirlər ki, müdiriyyət onların proqramı mənimsəmələri üçün tədbir görsün. Direktor Leyla İsmayılova buna şagirdlərə və valideynlərinə təzyiq göstərmək, qanuni məzuniyyətdə olmuş və xəstəlik vərəqəsi təqdim etmiş fənn müəllimlərini günahkar elan etmək və qalanlarını onlara qarşı qaldırmaqla cavab verib.
Direktor bununla özünün – işdə olmayan müəllimləri digər müvafiq fənn müəllimləri ilə əvəz etməməsi; keçirilməmiş dərslərin yalan kiçik və böyük summativ qiymətləndirmələrinin şagirdlər xəbər belə tutmadan jurnala yazılması və bunun əsasında yarımillik qiymətlərin çıxarılması; keçirilməmiş dərslərin əmək haqqının bir dəfə də sinfə daxil olmayan bir müəllimə yazılması və əlbəttə ki, özü tərəfindən mənimsənilməsi kimi – yaramaz əməllərini ört-basdır etmək istəmişdir.
Bu hələ Leyla İsmayılovanın “xidməti siyahı”sında olan sətirlərin onda biridir. O özünü qətiyyən müqəddəs müəllim peşəsinə və məsuliyyətli məktəb direktoru vəzifəsinə layiq aparmır, məktəbdə fironluq edir, bəzən söyüş söyməkdən belə çəkinmir. (Hətta bir dəfə keçmiş direktor müavini Allahverdiyeva Humayın mərhum valideynlərinin goruna söyüb, cavabında yuxarılara şikayət məktubu ünvanlamış Humay müəllimə Leyla İsmayılovanın – hər şeyə rəğmən – cəsazız qaldığını gördükdə özü işdən çıxıb. Bundan sonra direktor bir az da azğınlaşıb: “Gördüz də… Bundan beləsinə gedin, hara istəyirsiz, şikayət edin!.. Mənə kimsə bata bilməz!.. Lap Mehribana yazdız, nə oldu?!.”)
Balaca olduğuna görə dərslər 4 növbədə keçirilən məktəbdə növbənin özü də satılır, nəticədə əndərəbadi bir vəziyyət yaranıb…
Direktor hər bir müəllimə 5 manat məbləğində aylıq bac kəsib. Birdəfəlik baclar da var: məsələn, Novruz bayramında hər bir sinif və sinif rəhbəri birlikdə 25 manat “tərləməli” oldular…
Məktəbdə “ölü canlar” da var – adı olub özü olmayan xadimələr…
İşdən bir günlük icazənin qiyməti 20 manatdır. (Tutalım, Müsadirova Səbinə son “qara bayram”da valideyninin qəbri üstə getmək üçün icazə istəyəndə direktor əvəzində ondan məhz bu məbləği istəyib…)
Xəstəlik məzuniyyətində olan rus dili müəlliminin dərsini qrupları birləşdirilməklə keçirmiş paralel qrup müəllimi Vəliyeva Xalidə buna görə ona çatası əmək haqqını almayıb, çünki əmək haqqı başqa bir müəllimə – B. Şahnaza yazılıb, müdiriyyət bu pulu da onun əlindən alıb…
Hərçənd direktorun belə əlavə gəlirlərə ehtiyacı olmaya da bilərdi, axı onun həm də müəllim olaraq müxtəlif siniflərdə dərs saatları var. Di gəl ki, o bu dərsləri özü keçmir, sadəcə haqqını alır…
İsmayılova Leylanın son “hünər”lərindən biri isə lap göz çıxarır.  Martın 30-u axşam saat 8 radələrində o, ən çox intriqa apardığı iki müəllimdən biri olan Bəşirova Xoşbəxtgilə gələrək (!) onun anası ilə hədələyici tonda danışıb, nəticədə müəllimənin anasının artan qan təzyiqini düşürmək üçün iki dəfə təcili yardım çağırmalı olublar…
Əgər qarşısı alınmasa, barəsində ən ciddi tədbirlər görülməsə, Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin direktoru İsmayılova Leylanın buna bənzər işləri çox olacaq. Uduzan gələcək nəsildir. Uduzan təhsilimizin və ümumiyyətlə Azərbaycanımızın gələcəyidir ki, onu möhkəm tikmək üçün Prezident və I Vitse-prezident yorulmadan çalışır.
Xahiş edirik ki, müəllim, şagird və valideynlərin haqq səsini eşidə, təhsil ocağımızı İsmayılova Leyla kimisinin əlindən qurtarasız!
Anlayış və ədalətinizə əminik.
Hörmətlə,
Abşeron rayon Ceyranbatan qəsəbə 2 saylı tam orta məktəbin müəllimləri

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin