Ceyhun Həsənov rəisi işdən çıxardı

0
184

Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi Faris Abdullayev işdən çıxarılıb.

RealMedia.az  xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi general-leytenant Ceyhun Həsənovun müvafiq əmri ilə 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Faris Əvəz oğlu Abdullayev vəzifəsindən azad edilib.

Məlumatda müəssisə rəisinin işdən çıxarılmasının səbəbi kimi işində yol verdiyi ciddi nöqsanların olduğu qeyd olunur.

O da bildirilir ki, yaxın günlərdə müəssisədə ciddi dəyişikliklərin olunacağı da gözlənilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin