Cavaxkedə gərginlik artır — Polis erməniləri döydü + FOTO, VİDEO

0
906

Sentyabrın 30-da Gürcüstanın Cavaxke bölgəsinin Kumudro kəndində polislə ermənilər arasında dava olub.

Bu barədə “NEWS.am” saytı məlumat yayıb. Bildirilib ki, kənddə yaşayan yerli erməni mənşəli əhali ilə polis arasında qarşıdurma yaranıb. Qarşıdurmaya isə ermənilərin kənd kilsəsinin həyətində və qəbirlərin üzərində daşdan xaç quraşdırmaq istəməsi səbəb olub. Onların bu istəyinə polis icazə verməyib. Çünki X əsrə aid olan həmin kilsə tarixi əhəmiyyət kəsb edir və ona hansısa əlavələrin edilməsi qanunla qadağandır. Bu barədə Gürcüstan hakimiyyətinin xüsusi göstərişi var.

Ermənilər isə Gücrüstan hökumətinin qanunlarını pozmağa çalışıblar. Polis bunun qarşısını almaq istəyəndə isə müqavimət göstəriblər. Nəticədə əlbəyaxa dava olub. Vəziyyət gərginləşdiyindən əraziyə əlavə qüvvələr cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları havaya atəş açıblar və erməniləri dubinka ilə döyüblər. Polisə müqavimət göstərdikləri üçün etiraz edən bir neçə erməni saxlanılıb.


Ölkə.Az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin