Cəlilabad meşələrində “ağacların soyqırımı”-Səlahiyyət sahibləri isə susub…

0
1123
Ulu Öndərin anım günü münasibətilə əkilmiş dörd yüz küknar ağacının biri də göyərməyib.
Növbəti dəfə də meşələrdəki fıstıq,küknar və palıd ağacları doğranıb satılması ilə bağlı ciddi informasiyalar əldə etmişik. Daxil olmuş informasiyada iddia edilir ki,Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Şahin Cəfərov meşə sahələrini qıraraq odunları müxtəlif parket sexlərinə, mebel sexlərinə baha qiymətə satırlar. Kəsilən ağacların mebel və parketə yararsız hissəsi isə əhaliyə odun kimi satılır.Eyni zamanda Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə aidiyyatı olmayan Ağdaş kənd sakini Ramiq Salmanova müəsisənin çəkicini verib ki qırılan ağacları möhürləsin.Bu işlərə rəhbərlik edənlərdən biri də baş meçəbəyi Oruc Seyfullayevdir.
Bu əsnada redaksiyamızı məlumatlandıran şəxs onu da bildirir ki Ulu öndərin anım güni münasıbəti ilə əkiılmiş 400 yüz küknar ağacdan biri də göyərməyib.Baş verən hadisələrdən məlum olur ki,bu birbaşa rəhbərliyin tapşırıqları vasitəsilə icra olunur.Rayon hüquq mühafizə orqanları müstəvisində baxılmasına baxmayaraq nazirlik ciddi tədbir görmür.Artıq məlum “meşə soyqırımı” ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılsalar da, heç bir tədbir həyata keçirilmədiyini bildirirlər.
 
Xatırladaq ki, ötən gün Yasamal rayonu, Mətbuat prospekti, Ovçular evinin yaxınlığında da ağaclar məhv edilməsi ilə bağlı məlumat yayılmışdı. Ölkə mətbuatında və sosial şəbəkələrdə yayılan görüntülərdən sonra ölkə başçısı İlham Əliyev tapşırıq vermişdi. Belə ki, ağacları kəsib yerində bina tikmək istəyən şirkət 130 min manat cərimələnmiş, tikinti işləri dayandırılmış və faktla bağlı cinayət işi qaldırılmışdı.(stimulxeber)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin