Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli, 120 saylı qərarı var. Bu qərarın 4-cü bəndinə əsasə, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidmətinə icazə verilir.
RealMedia.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O bildirib ki, həmin baxıcılar himayələrində olan bu şəxslərin evlərinə gedib, onlara xidmət göstərə bilərlər.
“Sadəcə, icaze.e-gov.az saytına girərək, orda qeydiyyatdan keçməlidirlər”.