Bu ölkədə varlılar üçün “karantin təcridxanası” – Günü 1000 dollara

0
280

İsveçrənin otelçilik biznesi ilə məşğul olan “Le Bijou Hotel & Resort” şirkəti koronavirus pandemiyasından qorunmaq və karantin dövrünü lüks şəraitdə keçirmək istəyənlər üçün yeni xidmətlər təklif edib.

RealMedia.az “AzPolitika”ya istinadən xəbər verir ki, bununla bağlı “Bloomberg”-in yaydığı məlumatda belə xidmətlərin kifayət qədər baha başa gəldiyi qeyd olunub.

Məlumatda deyilir ki, “Le Bijou Hotel & Resort” şirkəti bir özəl tibb müəssisəsi ilə birgə varlı pasiyentlər üçün xüsusi otel nömrələri təklif edir. Bu nömrələrdə ətraf aləmdən təcrid olunan varlılar özəl tibbi müayinə, koronavirus testləri, karantin dövrünə uyğun qidalanma və bununla yanaşı əyləncə üçün bütün imkanlarla təmin olunacaq. Belə nömrələrdə karantinin bir günü təxminən 1000 ABŞ dollarına başa gəlir.

Xəbərdə qeyd olunur ki, artıq varlılar üçün “karantin təcridxanaları” İsveçrənin Sürix və Lüsern kimi şəhərlərinin otellərində təklif olunmaqdadır. Hələlik belə nömrələrin sayının 50-yə yaxın olduğu bildirilsə də, onlara olan tələbat nəzərə alınaraq, saylarının çoxaldılması gözlənilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin