Bu icra başçıları kürsülərini itirəcək… – SİYAHI

0
208

Hələ 9 fevral seçkilərindən əvvəl məlumat verərək bildirmişdik ki, ölkədə müşahidə olunan yeniləşmə siyasəti bir neçə rayon icra hakimiyyəti başçısını da hədəfləməkdədir. Bununla bağlı yayılan xəbərlərə görə, konkret olaraq 11 rayon icra hakimiyyəti başçısının yola salınacağı xüsusi olaraq vurğulanırdı.

İndi isə sözügedən məsələ ilə bağlı gələn yeni xəbərlərdə isə artıq rəsmi qərarlara tədarük görüldüyü bildirilir. Bu barədə danışan məlumatlı mənbənin bildirdikləri:

“Yaxın günlərdə strat düyməsi basılacaq dəyişikliklər prosesində ilk “təbii qurban” Kəlbəcərin icra başçısıdır ki, bu da seçkilərlə bağlıdır. Digərləri – Qusar, Şəmkir, Lənkəran, Tovuz, Kürdəmir, Zaqatala və Qəbələnin icra başçıları isə məhz yeniləşmə siyasətinin hədəfləridir”.

Mənbə eyni zamanda daha 3 RİH rəhbəri ilə bağlı da təxminən may ayına qədər dəyişiklik qərarlarının veriləcəyini bildirir.(dia.az)

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin…

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin