Bu gün Əvəz Zeynallının şikayətinə baxılacaq

0
71

Yanvarın 5-də Bakı Apelyasiya Məhkəməsində “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həbs-qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması ilə bağlı Binəqədi Rayon Məhkəməsinin verdiyi qərardan şikayətə baxılacaq.

RealMedia.az bildirir ki, bu barədə Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Zeynallı məlumat yayıb.

O bildirib ki, işə hakim Habil Məmmədovun sədrliyilə baxılacaq.

Məlahət Zeynallı bütün media nümayəndələri və hüquq müdafiəçilərini məhkəməyə çağırıb.

Dekabrın 29-da jurnalist Əvəz Zeynallı barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı vəsatətə baxılıb.

Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, Əvəz Zeynallının həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı bu il sentyabrın 10-da hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun rüşvət iddası ilə saxlanılıblar.

Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) Elçin Sadıqov isə rüşvətə köməklikdə ittiham edilib.

Sentyabrın 21-də isə Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz müdaxilə göstərmə – nüfuz alveri) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Onlar ittihamları qəbul etmirlər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin