“Bu cinayətin ört-basdır edilməsinə cəhdlər var” – dövlət torpağına hucum işi

0
112

Kiçik sahibkarlar: “Kamran Əliyevə bir daha müraciət edirik ki…”

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin “Yeni Müsavat” qəzetində dərc olunan yazılara münasibəti ilə bizlər – “Magistral Ekspress” ATSC-nin üzvləri tanış olduq. İctimai Birlik ümumi sözlərlə barələrində, sədrləri Qurban Məmmədovun haqqındakı 2 məhkəmə hökmü üzərindən sükutla keçib yazırlar ki, “Yeni Müsavat” qəzetində 13.10.2021-ci il tarixində çap edilmiş “Sahibkarları ölümcül döyən reyder dəstəsi ilə bağlı baş prokurorluğa ilginc müraciət” başlıqlı yazıda qeyd edilənlərin heç biri hüquqi əsası yoxdur”.

“Magistral Ekspress” ATSC-nin üzvləri yazır ki, İB və sədrləri Qurban Məmmədov düşünür ki, cəmiyyətin gözünə kül üfürüb istədiklərini edəcəklər: “Qurban Məmmədov Bakı Şəhər İcra Hakimiyyəti başçısının 646 saylı sərəncamını Əmlak Komitəsinə təqdim edib və oradan çıxarış alıb. Bu adam kimdir? Qurban Məmmədov 2 dəfə dələduzluğa və sənəd saxtalaşdırmağa görə məhkum olunmuş şəxsdir. Dələduzluq isə belə cinayətdir ki, onu törədən şəxsin şəxsi keyfiyyətlərini birbaşa ortaya qoyur. Yəni aldatmaqla, insanların inamından, etibarından istifadə etməsi, sənəd saxtalaşdırması məhkəmə hökmləri ilə təsdiq olunub. Qurban Məmməd məhkəmə hökmlərinə görə 2 dəfə də sənəd saxtalaşdırmaqla dələduzluq edib və özgə əmlaklarına sahiblənib. İndi isə bizim iş yerimizin qarşısına – Dərnəgül 1 ünvanı ilə Ziya Bünyadov prospektinin kəsişməsinə də saxta sənədlə zəbt etməyə cəhd edir. İşçilərimizi döyür, oradakı yaşıllıq zolağında 60-a yaxın ağacı məhv edir. Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın çıxardığı qətnaməyə istinad edirlər. Həmin qətnaməni elə öz qərardadı ilə hakim Leyla Əliyeva 8 oktyabr 2021-ci ildə geri qaytarıb. Həmin qətnamə çıxarıldığı gündən əsassız və qanunsuz idi.

vm2.jpeg (85 KB)

Birlikdən yazırlar ki, iş yerimizin qarşısının zəbti ilə Qurban Məmmədovun keçmişinin əlaqəsi yoxdur. Ortada Qurban Məmmədun adına saxtalaşdırılan Bakı Şəhər İcra Hakimiyyətinin 646 saylı sərəncamı var. Nizami rayonu ərazisində 30 kvatratlıq bir yerə verilən sərəncam Qurban Məmmədovun adına saxtalaşdırılıb, 30 kvadrat metr 6 sota çatdırılıb və Nərimanov rayonun ərazisinə sürüşdürülüb. Bu cinayətin ört-basdır edilməsinə cəhdlər var. “Magistral Ekspress” ASTC-nin səhmdarları- aramızda birinci və ikinci Qarabağ müharibəsinin iştirakçıları, əlilləri baş prokuror Kamran Əliyevə bir daha müraciət edirik ki, bu cinayətin araşdırılmasını nəzarətinə ötürüb araşdırsın.

Təsəvvür edin ki, Qurban Məmmədovun adına saxtalaşdırılan həmin sərəncamı Əmlak Komitəsinə verib onun əsasında qanunsuz çıxarış alıblar. Əmlak Komitəsindən bizə deyiblər ki, bununla bağlı  araşdırma aparılır. Maraqlıdır ki, saxta sərəncam Qurban Məmmədovun adına olsa da, onun əsasında sərəancam “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinə verilib. Bu da bir başqa cinayətdir. Sual olunur: “Saxtalaşdırılan sərəncam Qurban Məmmədovun adınadırsa və onun əsasında “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin adına qanunsuz çıxarış alınıbsa kimin adı hallanmalıdır? İctimai Birliyin söz yığnağından ibarət münasibəti də onları himayə edənlərin – Qurban Məmmədov və onun reyder dəstəsinə dəstək verən Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmisi İradə Mahmudovanın, rayon prokuroru Hidayət Nurəlibəyovun hərəkətsizliklərini ört-basdır etmək üçündür. Xahiş edirik ki, 646 saylı sərəncamın Qurban Məmmədovun adına kimin və niyə saxtalaşdırdığına aydınlıq gətirsinlər. Bu adamların hərəkətləri Qarabağ mürahibəsi iştirakçılarının adına ləkədir.

Qarabağda torpaqlarımızın azad edilməsi üçün aparılan Vətən müharibəsi günlərində Qurban Məmmədovun müavini İlyas Şamilov, özünü “Vətən müharibəsi əlillərinə kömək” İctimai Birliyinin Nizami rayon təşkilatının sədri kimi təqdim edəm Şahlar Teymurov, maklerliklə məşğul olan Yusif Abdullayev və başqaları Nərimanov rayonunda torpaq zəbti üçün hərəkətə keçdilər. Həmin vaxt özünü Qurban Məmmədovun müavini kimi təqdim edən İlyas Şamilov, Şahlar Teymurov, makler Yusif Abdullayev və digərləri iş yoldaşımız, kiçik sahibkar Anar Ənvər oğlu Dəmirovu ölümcül döydülər, o aldığı xəsarətdən komaya düşdü. Xəstəxanadan çıxdıqdan sonra Anar Dəmirov 14 oktyabr 2020-ci ildə Nərimanov Rayon Polis İdarəsinə və 17-ci Polis Bölməsinə şikayət edib. Nərimanov RPİ-nin müstəntiqi Ceyhun Cəlalov yenicə işə başlamaq istəyirdi ki, Nərimanov prokuroru işi alıb aylarla özündə saxlayıb. Biz hörmətli baş prokuror Kamran Əliyevə mətbuat üzərindən şikayət etdik və yalnız bundan sonra işi polisə qaytardılar. 2021-ci il oktyabrın 14-də Anar Dəmirovun döyülməsi ilə bağlı şikayətin ili çıxdı. Amma bu günə qədər ona yetirilmiş xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün tibbi ekspertiza belə keçirilməyib. Bir daha baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, cinayət işini şəxsi nəzarətinə götürməklə araşdırılmasını təmin etsin. Qurban Məmmədov və onun reyder dəstəsi, hamiləri də cəzalandırılsın”.

E.MƏMMƏDƏLİYEV
Musavat.com

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin