Broker Əbülfəz Məlikovun media ilə bağlantı quran adamı həbs edildi

0
1249

Ölkədə yaşanan iqtisadi böhranın əsas səbəbkraları monopolistlərdir. Həmin monopolistlər ki, ölkə başçısı dəfələrlə onlara xəbərdarlıq edib.

Ancaq ölkə iqtisadiyyatında “Broker MMC” deyilən bir qurum və Əbülfəz Məlikov adlı oliqarx  kabus kimi hələ  dolaşmaqdadır. Azad rəqabətin olmadığı, inhisarçılığın meydan suladığı bazarda qiymətlərin bahalaşmasının əsas səbəbkarlarından biri də məhz Əbülfəz Məlikov və onun monopolist şirkəti “Broker” MMC-dir.

Bu haqda kifayət qədər yazmışıq, təkrarlamaq niyyətində deyilik.Qısaca qeyd edək ki, Mətbuat Şurasının xüsusi dəstəyi ilə yaradılan bir QHT var: “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi. Bu birliyin rəhbəri Rəhim Hüseynzadədir və dəfələrlə QHT Şurasının qrant müsabiqəsində qalib olub. Görünür, həm reketçiliklə qazanıblar, həm də qrant çırpışdırıblar, amma məsələ bu deyil, əsas fakt odur ki, Rəhim Hüseynzadənin və onun rəhbərlik etdiyi “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi medianın “pul paylayanı” rolunda çıxış edir və Əbülfəz Məlikovun paket sistemini bu qurum həyata keçirir. “Təmtəraq”la yola salınan Rəhim Hüseynzadə (Mətbuat Şurasında bu işi həyata keçirən başqa bir şəxs də var. Onunla bağlı da yaxın günlərdə oxuyacaqsınız) böyük agentliklərdən tutmuş ən kiçik saytlara qədər hamı ilə anlaşıb. Deyilənə görə, paket sistemi 200-2000 min manat arası məbləğlər üzrə təklif edilir. Bu işə hətta “Zərdabi Mətbuat Mərkəzi”ndə “çalışan” şəxslər də cəlb edilib.

Realmedia.az-a verilən məlumata görə bu gün Əbülfəz Məlikovun media ilə bağlanı quran adamı  hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

Hesab edirik ki, bu başlanğıcdır, daha doğrusu Əbülfəz Məlikovun monopoliyasının sonudur.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin