“Brent” markalı neftin qiyməti ucuzlaşır

0
440

“Brent” markalı neftin qiyməti 57 dollardan aşağı enib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məlumata görə, bu markadan olan neftin aprel ayı üçün fyuçerslərinin qiyməti Londonun ICE birjasında 2,9% azalaraq 56,87 ABŞ dolları olub.

Sonuncu dəfə bu markadan olan neftin bir barelinin qiyməti 2020-ci il fevralın 14-də 57 ABŞ dollarına enib.

WTI markalı neftin də qiyməti ucuzlaşıb. Məlumata görə, bu markadan olan neftin bir barelinin qiyməti 2,4% ucuzlaşaraq 52,12 ABŞ dolları olub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin