Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açıb – TƏFƏRRÜAT

0
487

Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Milli Parkın əməkdaşları parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən edib.

O qeyd edib ki, əməkdaşların qanuni tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brakonyerlərdən biri saxlanılıb: “Araşdırma zamanı saxlanılan brakonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib. Digər brakonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin