“Boko Haram” terrorçuları qruplaşmanın başçısının ölümünü açıqlayıblar

0
44

Nigeriyada fəaliyyətdə olan “Boko Haram” terror qruplaşmasının başçısı Abubakar Şekau “İslam dövlətinin Qərbi Afrika əyaləti” silahlıları ilə toqquşmalarda özünə qəsd edib.

“Report” xəbər verir ki, bu barədə “Agency France Presse” məlumat yayıb.

Agentlik “İslam dövlətinin Qərbi Afrika əyaləti”nin audioyazısına istinadən bildirib ki, Şekau partlayış zamanı həlak olub.

“Boko Haram” hələ rəhbərinin həlak olması haqqında xəbərləri şərh etməyib.

Agentlik qeyd edib ki, “İslam dövlətinin Qərbi Afrika əyaləti” 2016-cı ildə Şekau ilə razılaşmadığına görə “Boko Haram”dan ayrılıb.

Mayın sonunda “Wall Street Journal” qəzeti Nigeriya məmurlarına və kəşfiyyat məlumatlarına istinadən bildirib ki, Abubakar Şekau başqa qruplaşmaya əsir düşməmək üçün özünə qəsd edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin